Azərbaycan brendi “UniPro” Ələt Azad İqtisadi Zonasında 

“Unico” QSC-nin törəmə müəssisəsi olan “UniPro” MMC Ələt Azad İqtisadi Zonasının (#ƏAİZ) ilk rezidentlərindən biri oldu. Belə ki, ƏAİZ-də “UniPro” MMC-nin fəaliyyət göstərəcəyi və 26.000 m2 sahəni əhatə edən yeni istehsal mərkəzi tikiləcəkdir. Sözügedən mərkəzdə ixrac üçün nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun layihə əsaslı mebellər, yanğına davamlı akustik qapılar və aksessuarlar, həmçinin giriş nəzarət sistemləri istehsal olunacaqdır. 

Azərbaycan brendini dünyaya tanıtmaqda güclərini bir araya gətirən komanda üzvlərimizə uğurlar arzulayırıq!

“UniPro” İstehsal Gücünü Artırır

“Unico” QSC-nin istehsal törmə şirkəti olan, 2017-ci ildən etibarən müstəqil istehsal bölməsi kimi fəaliyyət göstərən “UniPro” MMC istehsal keyfiyyətinin və gücünün daha da artırılması məqsədi ilə yeni fabrikdə fəaliyyətə başlamışdır.

Müasir avadanlıqlarla təchiz olunmuş nəhəng fabrikamiz, hansı məhsulları təklif edir?

– Hər növ mebellərin istehsalı;
– Metal konstruksiyaların istehsalı və montajı;
– Aluminum profillərin istehsalı.
 
Biz yalnız metal konstruksiyalar, mərmər, alüminium, ağac, şüşə və plastik kimi müxtəlif xammallardan mebel və digər məhsullar istehsal etməkə kifayətlənmirik. Kompleks və çoxmərhələli layihələr üzərində işləmək üçün yenilikçi mütəxəssislərdən ibarət mühəndislər, memarlar və dizaynerlər kimi yaradıcı qrupları da işə cəlb edirik. Çünki bizim əsas missiyalarımızdan biri müştərilərimizin ən incə detallı tələblərini qarşılamaqdan ibarətdir.
 
Bunun nəticəsidir ki, peşəkar heyət və müasir avadanlıqların istehsala birgə cəlb olunması ilə həm dövlət qurumları (iqtisadiyyat, təhsil, səhiyyə), həm də özəl şirkətlər (otellər, biznes mərkəzləri, yaşayış kompleksləri) ilə olan əməkdaşlıqlarımız uğurla davam etməkdədir.