28 Fevral 2023-cü il tarixində Özbəkistanın Daşkənd şəhərinin Uz Expo Mərkəzində “UZBUILD 2023” adlı beynəlxalq sərgi keçiriləcəkdir

“UZBUILD 2023” sərgisində binalarda və tikintidə istifadə edilən ən son nailiyyətlər təqdim ediləcəkdir. Sərgi zamanı “Unico” QSC-nin Ticarət departamentinin əməkdaşları tərəfindən açılış həlləri üzrə dünya lideri olan İşveçin “ASSA Abloy” şirkətinin məhsulları nümayiş ediləcəkdir. Nümayiş olunan eksponatlar aşağıdakılardan ibarət olacaqdır.

ASSA Abloy:

  • Incedo
  • Aperio
  • CLIQ
  • Yüksək təhlükəsizliyə malik qapılar
  • Avtomatik sürüşən qapılar

Yale:

  • Wi-Fi Kameralar

Məlumat üçün qeyd etmək istərdik ki, “Unico” QSC 1 fevral 2022-ci il tarixindən etibarən “ASSA Abloy” şirkətinin rəsmi regional nümayəndəsidir. Elə həmin ildə “Unico” QSC daxilində “Ticarət departamenti” yaradılmışdır. Departamentin yaradılma məqsədi “ASSA Abloy” məhsulları üzrə spesifikasiya, qiymətləndirmə, satış və marketinq əməliyyatlarının həyata keçirilməsindan ibarət olmuşdur.

13 aprel 2022-ci il tarixində isə “Unico” QSC-nin nəzdində “UNİ Production” MMO adı altında yeni törəmə şirkət yaradılmışdır. Daha sonra “ASSA Abloy” məhsullarının Mərkəzi Asiya ölkələrinə tanıdılması və satışının təşkil olunması məqsədilə Qazaxıstanın Almatı, Astana və Özbəkistanın Daşkənd şəhərində ofislər fəaliyyətə başlamışdır.

17 iyun 2022-ci il tarixində “ASSA Abloy” şirkətinin Orta Şərq və Türkiyə üzrə Biznes və Marketinq Meneceri Mariona Tous tərəfindən “Unico” QSC region üzrə ilk və tək “Premium Partnyor” akkreditasiyasına layiq görülmüşdür.