27 aprel 2023-cü il tarixində “Hyatt Regency Hotel”də təşkil olunan tədbirdə, #Norveç Krallığının səfiri Erling Şönsberq, #İsveç Krallığının səfiri Tobias Lorentzson, #Finlandiya Respublikasının səfiri Kristi Narinen, #Danimarka Krallığının səfiri Danny Annan, “ASSA ABLOY”-un Biznesin İnkişafı üzrə Regionnal meneceri Ramil Quliyev, “ASSA ABLOY”-un region üzrə premium partnyoru “Unico” şirkətlər qrupunun İnsan Resursları üzrə direktoru Kamil Hüseynov, həmçinin, direktor köməkçisi Emin Qasımov və digər #Skandinav mənşəli qurumların və onlarla biznes əlaqələri olan müxtəlif şirkətlərin nümayəndələri iştirak etdi.
Tədbirdə biznes klubun ideyası və Azərbaycanda fəaliyyəti haqqında çıxışlar edilmiş, növbəti addımlar haqqında #ideyalar və fikirlər əsasında müzakirələr aparılmışdır. Sonda tədbir #networking hissəsi ilə yekunlaşdı.
Qeyd edək ki, “Nordic Business Club”ın ideyası, regional iş mühitində əlaqələrin qurulması, sosial mühit və iş ortamı yaratmaq üçün Azərbaycanda təmsil olunan və fəaliyyət göstərən Skandinav mənşəli şirkətləri, həmçinin həmin şirkətlərlə biznes əlaqələri olan şəxsləri bir araya toplamaqdan ibarətdir.