24 iyun 2023-cü il tarixində “BI Group” ilə görüş

24 iyun 2023-cü il tarixində “UNICO” QSC-nin İnsan resursları və İnzibati Məsələlər departamentinin Meneceri Kamil Hüseynov və tikinti sektorunda uzun illər fəaliyyət göstərən və əldə edilən uğurlarına görə tanınan Qazaxıstan Respublikasının “BI Group” Holdinq adlı şirkətinin Layihə meneceri Daulet Canəbilov, İnsan resursları üzrə Meneceri Aysulu Karimbayeva, Maliyyə departamentinin nümayəndə heyəti Svetlana Xvan və Diana Mukacanova ilə görüş keçirilmişdir.

Görüşün məqsədi İnsan resursları sahəsində ikitərəfli münasibətlərin uğurlu inkişafını və geniş əməkdaşlıq imkanlarını ərsəyə gətirməkdir.

Məlumat üçün bildirmək istərdik ki, “BI-Group” Holdinq və “UNICO” QSC hal-hazırda Füzulidə uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi layihəsi çərçivəsində əməkdaşlıq edirlər.

2023-cü il martın 7-də Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub

Belə ki, martın 7-də işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə tikiləcək Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib, hansı ki, qardaş ölkələr arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi təcəssüm etdirən qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir.

Təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Bölgəsi üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin siyasi müşaviri Jandos Nurmahambetov, BI Group Holding-in Direktorlar Şurasının sədri Aydın Rəhimbayev, layihə rəhbəri Daulet Janabilov, Unico QSC-nin təsisçisi Şəfiddin Pirmatov və Unico QSC-nin direktoru Elçin Axundov iştirak ediblər.

Bu ikimərtəbəli mərkəz gündə 600 ziyarət üçün nəzərdə tutulmuşdur və onun əsas iş sahələri vokal və musiqi alətləri, robot texnikası, 3D modelləşdirmə, veb dizayn, foto və video çəkilişlər olacaqdır. Bundan əlavə, burada sənətkarlıq, o cümlədən xalçaçılıq və dulusçuluq, eləcə də müxtəlif idman və xoreoqrafiya üzrə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu layihə “Unico” QSC-nin işğaldan azad olunmuş topraqlarda inşa işlərinə başladığı sayca ikinci layihədir.

Ötən ildən əməkdaşlığa başladığımız qardaş ölkə Qazaxıstanın “BI Group” Holdinqi ilə əməkdaşlığımızın uğurla davam edəcəyini ümid edirik.

“ABLOY” tərəfindən keçirilən “Going the Extra Mile” adlı Beynəlxalq Sammit 2022

“Unico” QSC-nin Baş direktoru Elçin Axundov və Strategiya və Biznesin İnkişafı üzrə direktor müavini Mircəfər Cəfərov xüsusi dəvət ilə Finlandiyanın Helsinki şəhərində “#ABLOY” tərəfindən keçirilən “Going the Extra Mile” adlı #Beynəlxalq #Sammit 2022-də iştirak ediblər.

Sammitin keçirildiyi iki gün müddətində əlavə millərə necə irəlilənəcəyi və birinci sinif müştəri tərcübəsinin necə yaradılacağı haqqında müzakirələr aparılmışdır.  

Özbəkistan Respublikasının Daşkənd şəhərində memarlıq şirkətləri təqdimat xarakterli görüş keçirilmişdir.

30 sentyabr 2022-ci il tarixində, #Özbəkistan Respublikasının #Daşkənd şəhərində memarlıq şirkətləri #təqdimat xarakterli görüş keçirilmişdir.

Görüşdə, Özbəkistanın top #memarlıq şirkətlərindən olan “Ozshaharsozlik Liti”, “M-Design”, “Line Architects”, “Best Projects”, “Yangi Hayot Projects”, “Timur Fatkhulin”, “Hvan Design & Architects” “Plan.uz”, “Neostyle Architects”, “Arch Design” şirkətlərinin nümayəndələri iştirak etmişdir.

Təqdimat zamanı qonaqlara şirkətimizin nümayəndələri Camal Ağayev və Eldar Ayvazov tərəfindən şirkət və fəaliyyətimiz haqqında, həmçinin, təqdim etdiyimiz #xidmətlər və #məhsullar (mexaniki avadanlıqlar, rəqəmsal giriş həlləri) barədə ətraflı məlumatlar verilmişdir.
Sonda, qonaqların xüsusi marağını cəlb etmiş görüş sual-cavab hissəsi ilə yekunlaşmışdır.

Şirkətimizin yeni bazarlarda fəaliyyətə başlaması münasibəti ilə komandamızı təbrik edir və uğurlar arzulayırıq!

“Unico” Qlobal Arenada İnkişaf edir

Ötən günlərdə “Unico” heyəti “ASSA Abloy” və “BI Group” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmişdir.

Görüşlərin keçirilməsində əsas məqsəd beynəlxalq arenada inkişaf üzrə əməkdaşlıq münasibətlərinin həmçinin gələcək addımların müzakirəsindən ibarət olmuşdur.