Bildiyimiz kimi, ötən il dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilmiş plenar iclasında “COP29″un Azərbaycanda keçirilməsi qərarı qəbul olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Yer planetinin tərkib hissəsi, daha sonra vətəndaş və biznes subyekti kimi, hər zaman ətraf mühitin qorunmasını ön planda tutaraq yuxarıda qeyd olunan “COP29” və ”Yaşıl dünya naminə həmrəylik ili”nin təbliğini özümüzə borc bilir, hər kəsi ətraf mühit qorumağa səsləyirik.

Bu səbəbdən, 22 aprel – Yer Kürəsi Günü tarixindən etibarən, təbliğat məqsədi ilə həyata keçirəcəyimiz silsilə tədbirlərin başlanğıcı olaraq, məhz 2024-cü il üçün loqomuza müvafiq dəyişikliklər və əlavələr edərək bütün inşaat sənayesi (inşaat, memarlıq, layihələndirmə, inşaat materiallarının istehsalı və s.) müəssisələrini bu çağırışa qoşulmağa dəvət edirik!