OLİMPİADA QALİBLƏRİMİZ İLƏ GÖRÜŞDÜK!

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında böyük uğura imza atıblar. Belə ki, Vüqar Quliyev Olimpiadada I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.

Ənənəmizə sadiq qalaraq ölkəmizi beynəlxalq arenada təmsil edən və uğura imza atan şəxslərlə görüşlərimizi davam etdiririk. Görüşdə qaliblərimiz ilə həmsöhbət olduq. Onlar uğur qazandıqları yolda olan tarixçələrini və gələcək üçün olan planlarını bizimlə bölüşdülər. Şirkətlər qrupunun Maliyyə rəhbəri Vadim Abdullayev və Hüquqşünas, İnsan Resursları və inzibati işlər üzrə rəhbəri Zaur Zeynalov Unico ailəsi adından qaliblərimizə ölkəmizə gətirdikləri uğura görə öz təşəkkürlərini bildirmiş, hər zaman qaliblərimizin, ölkəmizin adını yüksəldən gənclərin yanında olduğunu, onlara dəstək göstərməyə hazır olduğunu xüsusi olaraq qeyd etmişdir.

Tələbələrimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq! 

ƏTRAF MÜHİT İLƏ DOSTLUQ MÜNASİBƏTLƏRİMİZİ MÖHKƏMLƏNDİRMƏYƏ DAVAM EDİRİK

Unico şirkətlər qrupunun törəmə müəssisəsi olan UniPro MMC-nin nümayəndəsi Yusif Əhmədov “Azərbaycanda Dairəvi İqtisadiyyatın Tətbiqi: İstehsal müəssisələrində Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın tətbiqinin inkişafı” adlı milli konfransda iştirak edib.
 
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən milli konfrans, “EU4Environment” təşəbbüsünü əhatə edən Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) üzrə nəzərdə tutulan fəaliyyətlər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən 13 may 2024-cü il tarixində Bakıda, Park Inn Radisson Hotelində təşkil olunub.
 
Konfransın məqsədi dairəvi iqtisadiyyata keçid zamanı RSDTİ-nin üstünlüklərini göstərməklə Azərbaycanda istehsalat müəssisələrində dayanıqlılığı və yaşıl inkişafı vurğulamaq və təşviq etməkdir.
 
Bundan irəli gələrək müzakirələrin əsas mövzuları aşağıdakılar olmuşdur:
 
– Dairəvi iqtisadiyyata nail olmaq üçün bir addım kimi RSDTİ-nin tətbiqi.
– Ətraf mühitin dayanıqlığına strateji yanaşma kimi eko-sənaye parklarından istifadə.
– Aİ-nin Yaşıl Məhsullar üzrə Vahid Bazarına daxil olmaq üçün Məhsulun Ekoloji İzinin tətbiqi.
– Daha yaşıl iqtisadiyyata keçidi asanlaşdırmaq üçün maliyyə və investisiyaların səfərbər edilməsi.
 
Unico şirkətlər qrupu olaraq hər zaman ətraf mühit amillərinə xüsusi diqqət edir, bu kimi fürsətlərdən yararlanaraq, heyətimizin, törəmə müəssisələrimizin, habelə onların əməkdaşlarının müvafiq istiqamət üzrə daha çox bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdan məmnunluğumuzu ifadə edirik. Fəaliyyət göstərdiyimiz sahələr üzrə beynəlxalq təcrübə və standartları əsas götürərək YAŞIL GƏLƏCƏYƏ doğru birgə addımlayırıq.

Ənənəmizə sadiq qalaraq bu dəfə növbəti şahmat üzrə ÇEMPİONUMUZ ilə görüş keçirdik

Bu dəfəki fəxrimiz Ülviyyə Fətəliyevadır. O, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 8,5 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub və Avropa çempionatının qızıl medalına layiq görülüb. Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşmüşdür.

Görüşdə qalibimiz uğur qazandığı yolda olan tarixçəsini və gələcək üçün olan planlarını bölüşmüşdür. Şirkətlər qrupunun Maliyyə rəhbəri və direktor müavini Vadim Abdullayev, Unico ailəsi adından xanım çempiona ölkəmizə gətirdiyi uğura görə öz təşəkkürlərini bildirmiş, hər zaman qaliblərimizin, ölkəmizin adını yüksəldən gənclərin yanında olduğunu, onlara dəstək göstərməyə hazır olduğunu xüsusi olaraq qeyd etmişdir. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulduq

Məmnuniyyətlə elan etmək istərdik ki, biz artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulduq

Təşəbbüsə qoşulmaqla biz ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətini təkmilləşdirməyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də, ölkə iqtisadiyyatına daha geniş töhfə verməyi planlaşdırırıq. Bundan əlavə insan haqları, işçi hüquqları, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəmizə götürürük.

Həmçinin, BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq öz fəaliyyətimizi yaşıl inkişaf istiqamətlərinə və öhdəliklərinə daha da uyğunlaşdırdığımızı, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətimizdə ətraf mühit məsələlərinə, yaşıl texnologiyaların tətbiqi və təbliğinə də xüsusi diqqət ayırdığımızı bildirmək istərdik.

DAHA ÇOX YAŞILLIQ PLANETİ XİLAS EDƏCƏK!

Bildiyimiz kimi, ötən il dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilmiş plenar iclasında “COP29″un Azərbaycanda keçirilməsi qərarı qəbul olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Yer planetinin tərkib hissəsi, daha sonra vətəndaş və biznes subyekti kimi, hər zaman ətraf mühitin qorunmasını ön planda tutaraq yuxarıda qeyd olunan “COP29” və ”Yaşıl dünya naminə həmrəylik ili”nin təbliğini özümüzə borc bilir, hər kəsi ətraf mühit qorumağa səsləyirik.

Bu səbəbdən, 22 aprel – Yer Kürəsi Günü tarixindən etibarən, təbliğat məqsədi ilə həyata keçirəcəyimiz silsilə tədbirlərin başlanğıcı olaraq, məhz 2024-cü il üçün loqomuza müvafiq dəyişikliklər və əlavələr edərək bütün inşaat sənayesi (inşaat, memarlıq, layihələndirmə, inşaat materiallarının istehsalı və s.) müəssisələrini bu çağırışa qoşulmağa dəvət edirik!