“Unico” QSC-nin törəmə müəssisəsi olan “UniPro” MMC Ələt Azad İqtisadi Zonasının (#ƏAİZ) ilk rezidentlərindən biri oldu. Belə ki, ƏAİZ-də “UniPro” MMC-nin fəaliyyət göstərəcəyi və 26.000 m2 sahəni əhatə edən yeni istehsal mərkəzi tikiləcəkdir. Sözügedən mərkəzdə ixrac üçün nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun layihə əsaslı mebellər, yanğına davamlı akustik qapılar və aksessuarlar, həmçinin giriş nəzarət sistemləri istehsal olunacaqdır. 

Azərbaycan brendini dünyaya tanıtmaqda güclərini bir araya gətirən komanda üzvlərimizə uğurlar arzulayırıq!