Biz Kimik?
İndiyədək “UNICO” şirkəti layihə-smeta sənədlərinin yaradılması mərhələsindən başlayaraq kompleks təmir-tikinti işlərinin aparılması üçün zəruri olan beynəlxalq tərəfdaşlarla yanaşı, inkişaf etmiş strukturu ilə ardıcıl və dinamik inkişaf edən müəssisədir.
Biznesə baxışımız – Ölkədə milli dəyərlərə bağlı qalaraq Azərbaycanın ən etibarlı tikinti şirkəti olmaqdır.
Missiyamız – Müştərilərimizi tikinti standartları üzrə maarifləndirməkdən əlavə onlara innovativ, yüksək keyfiyyətli məhsullar və rəqabətli qiymətlər təklif etməkdir.
Dəyərlərimiz – “Unico” QSC – nin dayanıqlı və güclü təməli növbəti “Cəmiyyətin əsas yeddi dəyərləri” əsasında qurulmuşdur. Bu dəyərlərin məqsədi inanclarımızı bölüşməkdən və Cəmiyyətin şəxsiyyətini əks etdirməkdən ibarətdir.
ƏSAS DƏYƏRLƏRİMİZ
1. Din-mənəvi dəyərlərə üstünlük vermək
Ulu öndərimiz cənab Heydər Əliyevin dini-mənəvi dəyərlər üzrə söylədiyi “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri – hamısı birlikdə bizim milli sərvətimizdir… Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır.” fikirlərini yad edərək.
Cəmiyyətimizdə mənəvi-əxlaqi əsasların möhkəmləndirilməsi, çoxəsrlik adət-ənənələrinin hər bir əməkdaş tərəfindən iş yerində qorunub saxlanması, gördüyü işlərdə nəzərə alınması və dini-mənəvi dəyərlərin pozitiv potensialından məqsədyönlü istifadə olunması mütləqdir.
2. Dürüst olmaq
Biznesimizin təməlində dürüstlük dayanır. Ən bəsit səviyyədə bu fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.
3. Bərabərlik nümayiş etdirmək
İş yerində hər bir işçiyə vəzifəsindən asılı olmayaraq bərabər münasibət göstərmək, dəyər verildiyini hiss etdirərək düzgün və bərabər bir şəkildə davranmaq, onların müsbət fərdi istedadlarını və performanslarını tanımaq deməkdir.
4. Əməkdaşlıq rifahını yaratmaq
Biz inanırıq ki, güclü əməkdaşlıq rifahı iş prosesində əldə edilən nəticələrin müsbət olmasında böyük rol oynayır. Bərabər və uğurlu bir şəkildə çalışmaq iş prosesində əməkdaşların bir-biri ilə ünsiyyət quraraq müxtəlif keyfiyyətlərini və bacarıqlarını bilməsi deməkdir. Bu isə yaxşı kommunikasiya, dürüstlük, qarşılıqlı hörmət və nəticələrin əldə edilməsində hər bir əməkdaş tərəfindən eyni töhfənin verilməsindən asılıdır.
5. Sadiq olmaq
Sadiqlik şirkətimizin təməlində dayanan dəyərlərdən biridir. Cəmiyyətin əsas məqsədi sadiq müştəri və əməkdaşları qazanıb əldə saxlamaqdır. Biz inanırıq ki, davamlı inkişafı yalnız sadiq əməkdaşlar və müştərilər vasitasilə əldə etmək olar. Bu sadiqlik həmçinin Cəmiyyətin imic və nüfuzunu öz maraqlarından üstün tutaraq fəaliyyət göstərməkdir.
6. Keyfiyyətə nəzər yetirmək
Müştərilərimiz verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verir. Bu tələb olunan standartlara daimi riayət etməkdir. Bununla bağlı şirkət bir neçə beynəlxalq keyfiyyət standartlar üzrə akkreditasiya olunub və o standartlar çərçivəsində işini davam etdirir.
7. İşləri peşəkarlıqla yerinə yetirmək
Cəmiyyətin hər bir əməkdaşı iş yerində gördüyü fəaliyyətin dürüst və yüksək keyfiyyətlə yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyır.
ETİK DAVRANIŞ QAYDALARI
“Unico” QSC-nin Etik Davranış Qaydaları güclü korporativ mədəniyyətin qurulmasında vacib amildir. Bu, Cəmiyyətin bütün işçilərinə tətbiq olunan qaydalar, təcrübələr və məsuliyyətləri əks etdirən qaydalar toplusudur.
Etik Davranış Qaydaları işçilərin iş yerində davranışı və normaları ilə bağlı bəzi əlavə gözləntiləri özündə cəmləşdirən əsas təlimat sənətidir. Davranışla bağlı hər bir məqamı ayrı-ayrılıqda əhatə edə bilməsək də, Cəmiyyət sizin hər zaman ən yaxşı mülahizənizdən çıxış edərək davranacağınıza etibar edir.
Departament rəhbərləri öz departamentlərində/şöbələrində düzgün davranışa, iş normalarına riayət və nəzarət etmək üçün birinci dərəcəli məsul şəxslər hesab olunurlar.
Bununla yanaşı işçilər hər hansı bir problem və ya sualla qarşılaşdıqda İRİMD-ə müraciət edə bilərlər.
Cəmiyyətin etik davranış qaydaları bunlardan ibarətdir:
1. Cəmiyyətin daxili proseduralarına və AR Qanunvericiliyə riayət etmək;
2. Qeyri-əxlaqi, qeyri-qanuni və cinayət fəaliyyətlərinin qarşısını almaq məqsədilə rəhbərliyə məlumat vermək;
3. Maraqların toqquşmasından çəkinmək;
4. Cəmiyyətin imicini və nüfuzunu qorumaq;
5. Siyasi fəaliyyətlərlə məşğul olmaqdan çəkinmək;
6. Əmlakdan istifadə qaydası;
7. Bütün işləri yüksək peşəkarlıqla yerinə yetirmək;
8. İctimai etimad;
9. Qarşılıqlı hörmət və diqqət göstərmək;
10. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verməmək;
11. Korrupsiyanın qarşısını almaq;
12. Hədiyyə almaqdan çəkinmək;
13. Mədəni davranış;
14. Məsləhət məqsədilə müraciət etmə qaydası.