29 yanvar 2024-cü il tarixində “UNICO şirkətlər qrupunun 2024-2027-ci illər üzrə vizyonu” adlı onlayn görüş keçirilmişdir

Görüşdə, şirkətlər qrupuna daxil olan inşaat, memarlıq və layihələndirmə, istehsalat, həmçinin treydinq sahələri üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

“UNICO” şirkətlər qrupunun baş direktoru Elçin Axundov rəhbərlik etdiyi görüşdə bir neçə mövzu haqqında çıxışlar etmişdir ki, bunlardan biri də hal-hazırda və qarşıdakı illər ərzində yerli və xarici bazarlarda cari vəziyyət və inkişaf planları haqqında olmuşdur. “UNICO”-nun artıq beynəlxalq əhəmiyyətli şirkətə çevrilərək, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrin bazarlarında fəaliyyət göstərməsi habelə cari fəaliyyətin daha da şaxələndirilməsi üçün mühüm addımların atıldığı xüsusi olaraq vurğulanmışdır.

Yekunda, bu yolda birgə addımlayan və öz loyallığını göstərən UNICO ailəsinin hər bir üzvünə təşəkkür edilmiş və onlara uğurlar arzulanmışdır.

“Unico” QSC-nin İnsan Resursları strategiyasına əsasən mütəmadi olaraq yeni əməkdaşlar və təcrübəçilərlə görüşlər keçirilir

Regionlardakı layihələrimizdə çalışan əməkdaşlarımızla onlayn görüşlər keçirərək onların mövcud iş şəraiti, işgüzar fəaliyyətləri həmçinin iş şəraitinin daha da yüksəldilməsi, fəaliyyətlərinin daha da effektiv olması haqqında müzakirələr aparırıq.

Müasir dövrdə məsafələrin iş keyfiyyətinə mane olmaması üçün kifayət qədər şərait yaranmışdır ki, bizim də komandamız bu şəraitdən yararlanaraq daim inkişafa yönəlik addımlar atmaqdadır.

“Unico” QSC ofis əməkdaşları üçün Qarabağa sahə səfəri təşkil edib

Belə ki, əməkdaşlar işğaldan azad olunmuş Füzuli şəhərində icrası davam edən “Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi” layihəsində görülən işlərlə tanış olublar. Layihə heyəti tərəfindən sahə ziyarətçilərinə görülən işlər haqqında ətraflı məlumat verilib.
 

Xatırlatma üçün qeyd etmək istərdik ki, 2023-cü il mart ayının 7-də işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin tapşırığı ilə tikiləcək Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib, hansı ki, qardaş ölkələr arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi təcəssüm etdirən qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir.

“Unico” QSC mütəmadi olaraq ofis əməkdaşları üçün sahə səfərləri təşkil edir ki, bu da əməkdaşların layihələrlə daha yaxından tanış olmalarına və həmin layihə üzrə müvafiq ehtiyacların öyrənilməsi və işlərin yerinə yetirilməsi baxımından effektiv nəticələr əldə etmələrinə dəstək olur.

Hər zaman tələbə və məzunların karyera inkişafına xüsusi diqqət ayıran “Unico” QSC 2 məzunu iş ilə təmin etdi

Belə ki, cəmiyyətimizdə təcrübə keçən 2 məzun təcrübə proqramını uğurla tamamlayaraq iş ilə təmin olunmuşdur.

1. Aytan Hasanbalayeva 30 yanvar 2023-cü il tarixində “Maliyyə və Hüquq” departamentində “Maliyyə üzrə təcrübəçi” vəzifəsində təcrübə keçməyə başlamışdır. O, təcrübə proqramını uğurla keçərək “Kiçik mühasib” vəzifəsinə qəbul olunmuşdur. Aytən Həsənbalayeva Azərbaycan Turizm və Menecment Universitetində “Turizm və otelçilik” ixtisası üzrə bakalavr təhsili almışdır.

2. Dilbar Afandiyeva 26 dekabr 2022-ci il tarixində “Fasad işləri” departamentində “Fasad dizaynı və memarlığı üzrə təcrübəçi” vəzifəsində təcrübə keçməyə başlamışdır. O, təcrübə proqramını uğurla keçərək “Fasad işləri üzrə kiçik memar” vəzifəsinə qəbul olunmuşdur. Dilbər Əfəndiyeva Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq” ixtisası üzrə bakalavr təhsili almışdır.

Yeni əməkdaşlarımıza uğurlar arzulayırıq!

Növbəti təcrübə proqramları üçün bizi izləməyə davam edin.

“Unico” QSC heyəti “Karyera Sərgisində” iştirak edib

4 aprel 2023-cü il tarixində, Azərbaycan #Memarlıq və #İnşaat Universitetində “#Karyera Sərgisi” keçirilib. Sərgidə sonuncu kurs tələbələrinə və məzunlara müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.

80-dən çox şirkətin iştirak etdiyi sərgidə #tələbə və məzunların xüsusi marağını cəlb edən “Unico” stendi davamlı ziyarətçi sayı ilə xüsusi fərqlənib. 

Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin yetişdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif #təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima #dəstək olmuşdur. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə, şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmışdır. 

1 2 3 6