Rüşvətxorluğa qarşı mübarizə üzrə siyasət

Rüşvətxorluğa qarşı mübarizə üzrə siyasət

Biz, öz kollektivi və biznes tərəfdaşları ilə işgüzar fəaliyyətin həyata keçirilməsi və onlarla əlaqələrin qurulması sahəsində formalaşmış mədəniyyət sayəsində, Yaşayış və qeyri-yaşayış binalarının tikintisi və Layihələrin idarəolunması üzrə müəssisə olan UNİ KO QSC-nin nüfuzunun illər boyu artaraq güclü bir qapalı səhmdarlar cəmiyyətinə çevrilməsi və biznes mühitində ictimaiyyətin etibarının və inamının qazanılmasında, qorunub saxlanmasında və gücləndirilməsində mühüm rol oynaması faktını görür, bilir və bununla qürur duyuruq.

Bu böyümənin davamlı və qərəzsiz şəkildə həyata keçirilməsi üçün şirkətimizdə İSO 37001 sistemi formalaşmış, yerli qanunvericiliyin tələblərini əsas gətirərək rüşvət qadağan edilmişdir.

Şirkətin əsas məqsədləri aşağıdakı kimidir:

  • Qanunvericilik və İSO 37001-2016 tələblərinin tətbiqi
  • Layihələrin tam sistemli şəkildə, şəffaf proseslərlə həyata keçirmək
  • Bu yolda müvafiq monitorinqlər həyata keçirmək
  • Daxili və xarici müştərilərimizi daim rüşvətxorluqla mübarizə üsulları ilə tanış etmək

Müştərilərimiz və biznes tərəfdaşlarımız bizim davranış normalarımızın və iş metodlarımızın burada açıqlanmış prinsiplərə və qaydalara uyğunluğunu bizdən gözlədikləri kimi, biz də onların davranış normalarının və iş metodlarının bu və digər oxşar beynəlxalq qaydalara uyğun olacağına ümid edir və edəcəyik. 

Bu prinsiplər və qaydalar UNI KO QSC üçün biznes fəaliyyətinin aparılmasında və idarə olunmasında aparıcı sənədlərdir. Bu prinsipləri və qaydaları diqqətlə oxuyaq, təhlil və dərk edək.

Şirkətimizdə müvafiq RQİS uyğunluq komandası yaradılmış və bu sistemin inkişafı və tətbiqi üçün öhdəliklər təyin edilmişdir. Bu standartın tələbi ilə bağlı sualınızı yaxud rüşvətlə əlaqədar hər hansı şübhəli halı bildirmək üçün nobribery@unico.az emailinə bildirə bilərsiniz, suallarınız cavablandırılacaq, şübhəli hal məlumatı ilə bağlı məxfiliyiz qorunacaqdır.

Öz növbəmdə mən, Direktor Elçin Axundov olaraq, əməllərimdə və qərarlarımda korporativ və etika dəyərlərə, habelə işgüzar fəaliyyətin korrupsiyaya qarşı prinsiplərinə dəqiq riayət edəcəyimə söz verirəm. UNİ KO QSC -nin əməkdaşı adını daşıyan əməkdaşlarımdan və tabeliyimdə olan işçilərdən də mən oxşar hərəkət tərzi gözləyirəm. Bütövlükdə müəssisəmizin və fərdi olaraq hər birimizin sabit tərəqqisi və firavanlığı məhz bundan asılıdır.