Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İnşaat sənayesi şirkətləri arasında şahmat turniri” keçirilmişdir

28 may 2023-cü il tarixində Bakı şəhərində təşkil olunan turnir, “Unico” QSC-nin təşkilatçılığı, “ADEC” MMC və “PMD Group” MMC-nin sponsorluğu və iştirakı, “Norm” ASC-nin, “Unimetal” MMC-nin, “Archico” MMC-nin iştirakı ilə baş tutmuşdur.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan turnirdə çıxış edən, “Unico” QSC-nin marketinq üzrə tərəfdaşı olan “Ontreeps Supreme Agency” MMC-nin direktoru Orxan Cəfərov açılış üçün sözü “Unico” QSC-nin İnsan resursları və inzibati işlər üzrə direktoru Kamil Hüseynova verilmişdir. O, iştirakçıları salamlayaraq turnirə qatıldıqları üçün təşəkkür etmiş, “Unico” QSC-nin Korporativ Sosial Məsuliyyət layihələrinə hər zaman önəm verdiyini və hər il KSM çərçivəsində bənzər tədbirlər həyata keçirdiyini xatırladaraq, bundan sonra da davam edəcəyini vurğulamış və iştirakçılara uğurlar arzulamışdır. Sonra çıxış üçün söz ASSA Abloy şirkətinin Qafqaz və Mərkəzi Asiya regionlarında Biznesin İnkişafı üzrə meneceri Ramil Quliyevə verilmiş o da öz növbəsində iştirakçılara uğurlar arzulamışdır. Daha sonra hakim Raul Quliyev tərəfindən oyunçulara şərtlər və qaydalar haqqında məlumat verilmişdir.

Turnir ilk rəmzi gedişlərin edilməsi ilə start götürmüşdür. 6 şirkətdən olan 11 əməkdaşın mübarizə apardığı 5 turdan ibarət turinin yekununda 2 nominasiya üzrə qaliblər müəyyən olunmuşdur.

Fərdi nominasiya üzrə:

I Yer – Əlizadə Nemət – “Norm” ASC

II Yer – Hümbətov Rafiq – “ADEC” MMC

III Yer – Həbibli Əziz – “Archico” MMC

Komanda üzrə:

I Yer – “ADEC” MMC

II Yer – “PMD Group” MMC

III Yer – “Norm” ASC

Qaliblər sertifikat, kubok və digər mükafatlarla təltif olunmuşdur. Qaliblərə mükafatları, Şahmat üzrə dünya çempionlarımız, qrossmeyster Gövhər Beydullayeva və qrossmeyster Abdulla Qədimbəyli təqdim etmişdir.

Qalibləri bir daha təbrik edirik. İştirakçılara bizimlə birgə olduqları üçün təşəkkür edirik.

Növbəti turnirlər üçün bizi izləməyə davam edin.