“UNICO” QSC STEAM AZƏRBAYCAN FESTİVALINDA QALİBLƏRİ MÜKAFATLANDIRDI

SAF (STEAM Azerbaijan Festival) 2022 – Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə #STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku #Expo Mərkəzində keçirilib. STEAM Azərbaycan Festivalı 2022 beynəlxalq formatda təşkil olunub.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, #rəqəmsal #texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarət olmuşdur.

Hər zaman elm və təhsil, #innovasiya, habelə gənclərin inkişafına dəstək olmaq üçün xüsusi diqqət ayıran “Unico” QSC bu tədbirdə də tərəfdaş qismində iştirak etmişdir. Tədbirdə cəmiyyətin təmsilçisi – İnsan Resursları və Inzibati işlər üzrə menecer Kamil Hüseynov qaliblərə mükfatları təqdim etmişdir.

Qalibləri təbrik edir və onlara növbəti uğurlar arzulayırıq!