Böyük məmnuniyyət hissi ilə bildirmək istərdik ki, baş podratçısı olduğumuz daha bir məktəb inşaası layihəsi üzrə işlərimizi uğurla tamamladıq

Böyük məmnuniyyət hissi ilə bildirmək istərdik ki, baş podratçısı olduğumuz daha bir məktəb inşaası layihəsi üzrə işlərimizi uğurla tamamladıq.

Bu layihə, A.Müzəffərov adına Saray qəsəbəsi 2 №-li tam orta məktəbin inşası layihəsidir. Sözügedən, 2000 şagird yerlik yeni məktəb binasının inşasına “Unico” QSC tərəfindən 2021-ci ilin yanvarında başlanılıb. Ən müasir dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir.

Azərbaycanın gələcəyi olan şagirdlərimizin yüksək səviyyədə təhsil almaları üçün öz imkanlarımızı əsirgəmədiyimizə görə qürur duyur, bu işi bizə etibar etdikləri üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk.
Layihədə əməyi olan hər kəsə təşəkkür edir, növbəti layihələrdə onlara uğurlar arzulayırıq!