“ASSA ABLOY Group” məhsullarının regional nümayəndəliyini “Unico” QSC-ə həvalə etdi
 
Azərbaycanda bu sahədə ilk olaraq yerli şirkət regional nümayəndəlik statusuna layiq görülmüşdür. Hal-hazırkı tərəfdaşlıq müqaviləsi “Unico” QSC şirkətinin 15 illik fəaliyyəti nəticəsində əldə etdiyi yüksək idarəetmə və istehsalat keyfiyyətlərinə göstərdiyi səylərin nəticəsidir. Biz bununla qürur duyur, əməkdaşlığımızın uğurlu və uzunmüddətli olacağına ümid edirik.

 “Assa Abloy” qapı və girişə nəzarət sistemləri üzrə dünya lideridir. Dünyanın 70 ölkəsində 50,000 nəfərə yaxın heyət ilə aşağıdakı məhsulların təminatı üzrə fəaliyyət göstərir:

– Mexaniki və rəqəmsal kilidlər,
– Master Silindirlər,
– Master Açarlar,
– Mühafizə, yanğına davamlı, akustik, metal və taxta qapılar.

“UNICO” tikinti şirkəti 2007-ci ildə yarandığı ildən etibarən Azərbaycanın tikinti bazarında layiqli yer tutmuş, yüksək keyfiyyətli və peşəkar fəaliyyəti nəticəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacarmışdır.

“UNICO”nun istehsal törmə şirkəti olan, 2017-ci ildən etibarən müstəqil istehsal bölməsi kimi fəaliyyət göstərən “Unipro” taxta məmulatlar fabrikində “Assa Abloy” ilə birlikdə yanğına davamlı və akustik qapıların istehsalını həyata keçirəcək.

Bundan əlavə “UniPro” MMC olaraq müasir avadanlıqlarla təchiz olunmuş nəhəng fabrikimiz, aşağıdakı məhsulları təklif edir:

– Hər növ mebellərin istehsalı,
– Metal konstruksiyaların istehsalı və montajı,
– Aluminum profillərin istehsalı.

Görülmüş və görüləcək layihələr və məhsullar haqqında məlumatlar üçün növbəti paylaşımlarımızı izləyin…