Tusi Əliyev

Project Bureau Azerbaijan QSC-nin Direktoru
20 iyun 2022-ci il tarixindən "Unico"nun törəmə şirkəti "PBA" (Project Bureau Azerbaijan) QSC-nin direktor müavini/texniki direktor vəzifəsində çalışan Tusi Əliyev 1987-ci il iyunun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub.

Cənab Əliyev 2009-cu ildə Türkiyənin İstanbul şəhərində, Yıldız Texniki Universitetini bitirmiş və Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Cənab Əliyev 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş və İnşaatda Nəqliyyat Obyektlərinin Mühəndisliyi ixtisası üzrə magistr dərəcəsi almışdır.

Cənab Əliyev həm dövlət, həm də özəl sektorda memarlıq dizaynı, memarlıq detalları, planlaşdırma, layihələndirmə və layihələrin əlaqələndirilməsi sahəsində 13 ildən artıq təcrübəyə malikdir. Mükəmməl ünsiyyət, danışıqlar, problem həll etmə və liderlik bacarıqları, mühəndislik və memarlıq qaydalarına dair dərin biliyi ilə birlikdə onu "PBA" komandamız üçün çox dəyərli aktivə çevirir.

Cənab Əliyev doğma Azərbaycan dili ilə yanaşı, ingilis, türk və rus dillərini də bilir.

Cənab Əliyev ailəlidir, 3 övladı var.