Məhəmməd Novruzov

Tikinti Departamentinin Rəhbəri
6 iyun 2019-cu ildən "Unico"nun Tikinti Departamentinin rəhbəri olan Məhəmməd Novruzov 1959-cu il martın 1-də Azərbaycanın Zəngilan şəhərində anadan olub.

Cənab Novruzov 1980-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş və Sənaye və Mülki Tikinti ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

Cənab Novruzov müxtəlif mürəkkəblik və sənaye əhəmiyyətli layihələrin idarə edilməsində 42 ildən artıq təcrübəyə malikdir.

Cənab Novruzov doğma Azərbaycan dili ilə yanaşı, ingilis, türk və rus dillərini də bilir.

Cənab Novruzov ailəlidir, 2 övladı var.