Çingiz Qurbanov

Maliyyə Meneceri
4 aprel 2019-cu ildən "Unico"nun maliyyə meneceri olan Çingiz Qurbanov 1986-cı il avqustun 11-də Gürcüstanın Bolnisi şəhərində anadan olub.

Cənab Qurbanov 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirmiş və Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

Cənab Qurbanov eyni sahədə təhsilini davam etdirmiş və 2011-ci ildə magistr dərəcəsi almışdır.

Cənab Qurbanov doğma Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərini də bilir.

Cənab Qurbanov ailəlidir və 3 övladı var.