Departament: Kommersiya departamenti
Hesabat verir: Kommersiya Menecerinə
Xülasə: Kommersiya Departamentində təyin olunmuş lahiyələrin, hesabatların, smetaların və vəzifə öhdəliklərinin yerinə yetirilməsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Vəzifə öhdəlikləri:
1. Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, daxili tamamlama, fasad, landşaft vb);
2. MEP sahəsinə aid iş həcmlərin analizini yerinə yetirmək;
3. Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
4. Layhəyə əsasən iş həcmlərinin çıxarılması;
5. Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
6. Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
7. Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
8. Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsini etmək;
9. Layihəyə dair aylıq texniki hesabatların hazırlanmasınə etmək (Forma 2, Forma 3, Xərc analizi);
10. Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılmasını etmək;
11. Sahələrdən gələn texniki hesabatların yoxlanmasını etmək;
12. Layihədəki büdcə risklərin analizini etmək;
13. Büdcə və xərclərə nəzarətin aparılması
14. Tender Təkliflərinin Hazırlanması
Tələblər:
– Mühəndis / memar ixtisası üzrə ali təhsil;
– Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
– Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
– Dil bilikləri: Azərbaycan, İngilis və Rus;
– Komputer bilikləri: Excel və AutoCAD proqramları üstün səvviyyədə;
– İşə məhsuliyyətli yanaşmaq;
– Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf səriştəsi;