Satınalma üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

– Sifarişlər əsasında düzgün bazar araşdırmasını etmək;

– Ehtiyatların miqdarına nəzarət etmək;

– Analiz edib uyğun satıcını seçmək;

– Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;

– Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;

– Sifarişlərin statusunu izləmək;

– Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;

– Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;

– Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;

– Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;

– Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;

– Görülən işin hesabatını təqdim etmək;

– İş vaxtını səmərəli istifadə etmək;

– Kollektiv arasında nizam intizam və etik qaydalara riayət etmək;

– Yeni biliklər əldə etmək məqsədi ilə öz üzərində işləmək;

– Hesabatı tabe olduğu şəxsə təqdim etmək.

– 1C-nin təchizat sitemində işləmək;

– Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;                  

– Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;                            

– Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;               

– Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;                       

– Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;                      

– Müqavilələrin və sifarişlərin statusunu izləmək;

– 1C-nin təkmilləşdirilməsinə tövsiyə vermək;                     

– Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə satınalmaçıları müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;                        

– Ehtiyat miqdarlarının ehtiyaca cavab verdiyini müəyyən etmək və lazım olduğu təqdirdə əlavə materiallar sifariş etmək.

Namizədə tələblər:

– Ali təhsilli (iqtisadiyyat üzrə);

– Azərbaycan, rus və ingilis dillərini bilməli;

– Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

– MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;

– Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

– Problemləri həll etmə bacarığı;

– Təhlil etmə bacarığı;

– Ünsiyyət qurma bacarığı.

Müraciət edin

Maksimum icazə verilən fayl ölçüsü 128 MB-dir. İcazə verilən növ(lər): .pdf, .doc, .docx