Vəzifə: Satınalma üzrə mütəxəssis
Departament: Satınalma
Hesabat verir: Satınalma menecerinə
Vəzifə öhdəlikləri:
– Sifarişlər əsasında düzgün bazar araşdırmasını etmək;
– Ehtiyatların miqdarına nəzarət etmək;
– Analiz edib uyğun satıcını seçmək;
– Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
– Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
– Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
– Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
– Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
– Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
– Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
– Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
– Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
– Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;
– Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
– Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
– Müqavilələrin və sifarişlərin statusunu izləmək;
Namizədə tələblər:
– Ali təhsilli (iqtisadiyyat üzrə);
– Azərbaycan, rus və ingilis dillərini bilməli;
– Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
– MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
– Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
– Problemləri həll etmə bacarığı;
– Ünsiyyət qurma bacarığı.