Vəzifə: Satınalma üzrə baş mütəxəssis
Departament: Satınalma
Hesabat verir: Satınalma Menecerinə
- 1C proqram təminatında təchizat modulunda işləmək;
- Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Podratçılarla işə başlamazdan əvvəl rəsmiləşmə prosesinin diqqətlə izləmək;
- Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
- Müqavilələrin və sifarişlərin statusunu izləmək;
- 1C proqram təminatının aidiyyatı modulunun təkmilləşdirilməsinə tövsiyə vermək;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə satınalmaçıları müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla danışıaqlar aparmaq;
- Ehtiyat miqdarlarının ehtiyaca cavab verdiyini müəyyən etmək və lazım olduğu təqdirdə əlavə materiallar sifariş etmək;
- İş prosesinə yenilik (innovasiya) gətirmək;
- Planda müəyyən edilmiş satınalma məqsədlərinə nail olmaq üçün kommersiya strategiyasını müəyyən etmək və təsdiq etmək, texniki tələblərə riayət etmək;
- Texniki tələblərə uyğun olaraq satınalmaçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək;
- Mal və ya xidmətlərin satınalma tələblərinə və arzu edilən nəticələrə uyğun gəlməsini təmin etmək üçün keyfiyyətə təminat prosesini həyata keçirmək;
- Satınalma prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək;
- Təlim ehtiyaclarının təhlilini apararaq illik təlim planını hazırlamaq;
- Şirkət üzrə işçilərin əsas performans göstəricilərinin təyin olunması prosesini təmin etmək;
- Şirkət üzrə işçilərin performans qiymətləndirilməsini təmin etmək və hesabatını hazırlamaq;
- Riskləri azaltmaq üçün tələb olunan tədbirləri tövsiyə etmək;
- Qəbul edilən qiymətlərin qoşma sənədlərə uyğunluğunu yoxlamaq.
Namizədə tələblər:
- Ali təhsilli (iqtisadiyyat üzrə);
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- MS Office (Word, Excel, Power Point) proqram təminatlarında işləməyi bilməli;
- 1C proqram təminatı üzrə biliklər.