Memarlıq qrupunun rəhbəri

Tələblər:

  • Memarlıq sahəsi üzrə bakalavr dərəcəsi (Xaricdə təhsilə üstünlük verilir);
  • Yaxşı portfolio və min. 5 illik iş təcrübəsi;
  • Memarlıq dizayn standartları və normativləri haqqında hərtərəfli bilik;
  • AUTO CAD & REVIT proqramları haqqında hərtərəfli bilik və təcrübə;
  • Təqdimat proqramları (Adobe Illustrator, Indesign, Photoshop və.s) və MS Office kimi digər proqramlar haqqında biliklər;
  • Geniş vizyon və kreativ dizayn qabiliyyəti;
  • Detal yönümlü və yüksək analiz qabiliyyəti;
  • Əla ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
  • Layihələrin, spesifikasiyaların və smetaların  hazırlanması və lazım olan məlumatları başqalarına ötürmək bacarığı;
  • Şifahi və yazılı formada aydın və effektiv ünsiyyət qurmaq bacarığı.

İşin təsviri:

  • Memarlıq və mühəndislik planlarının nəzərdən keçirilməsi və layihələndirilməsi;
  • Düzgün istiqamətləndirmə və məsləhətlər vasitəsilə işçiləri həvəsləndirmək bacarığı;
  • Müxtəlif mühəndislik fənləri, tətbiq üsulları və materialları üzrə biliklərin tədqiqi və saxlanılması;
  • Digər Memarların işinin monitorinqi və tələb olunduqda tövsiyələrin verilməsi və ya seminarların planlaşdırılması;
  • İnşaatçılar, santexniklər və elektrikçilər kimi subpodratçılara təlimat vermək və onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək;
  • Bütün məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün müştərilərlə əlaqə yaratmaq;
  • Qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün komandanın birgə işləməsini təmin etmək;
  • Yeni Memarlar üçün mentor kimi fəaliyyət göstərmək və onlara dizayn bacarıqlarını dəqiqləşdirməyə və sənaye biliklərini təkmilləşdirməyə kömək etmək.

Müraciət edin

Maksimum icazə verilən fayl ölçüsü 128 MB-dir. İcazə verilən növ(lər): .pdf, .doc, .docx