Vəzifə öhdəlikləri:
- Əmək funksiyalarının yerinə yetirilməsinin bir hissəsi kimi birbaşa rəhbərinin tapşırıqlarını yerinə yetirmək;
- Fəhlə və işçilərin sahəyə yerləşdirilməsində rəhbərinə dəstək göstərmək;
- İş qrafikinə uyğun olaraq gündəlik istifadə olunacaq materialların vaxtında sahəyə çatdırılması üçün sifariş vermək;
- Tikinti sahəsindəki tikinti istehsalı proseslərinin əlaqələndirilməsində iştirak etmək;
- Yerinə yetirilmiş tikinti işlərinin növləri və mərhələləri barədə müəyyən edilmiş hesabatları rəhbərinə təqdim etmək üçün hazırlamaq;
- Tikinti sahəsindəki istehsal və təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılması üçün tədbirlərin hazırlanması prosesində iştirak etmək;
- İş sahələrinin rəhbərləri tərəfindən funksional vəzifələrin icrasına və əməliyyatın operativ idarə olunmasına nəzarət edilməsi prosesində rəhbərinə dəstək göstərmək;
Namizədə tələblər:
- Ali təhsilli;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Problemləri həll etmə bacarığı;
- Ünsiyyət qurma bacarığı.