İnsan resursları üzrə kiçik mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
  • İşçilərin şəxsi işlərinin AR Qanunvericiliyinə uyğun hazırlanması;
  • Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşə qəbul, işdən azad edilmə və əmək müqaviləsinə edilən dəyişikliklərlə bağlı İSB sistemində müvafiq qeydlərin aparılması və  1C sistemində ödənişlərin koordinasiya edilməsi və izlənilməsi;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • Kargüzarlıq işinin aparılması;
  • Bir sıra inzibati işlərin görülməsində dəstək;
  • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi;
  • Görülən işlərlə bağlı hesabatların hazırlanması;
  • Yeni gələn işçilərin ofis avadanlıqları ilə təmin edilməsi.

 Namizədə tələblər:

  • Ali təhsil;
  • ƏMAS və ISB sistemində işləməyi bacarmaq;
  • 1C sistemində işləmək bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı.

Müraciət edin

Maksimum icazə verilən fayl ölçüsü 128 MB-dir. İcazə verilən növ(lər): .pdf, .doc, .docx