“SƏTƏMM” heyəti tərəfindən Mina Təhlükəsizliyinə dair maarifləndirilmə məqsədli təlimlər keçirilərək “ANAMA” tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim edilir.

İşğaldan azad olunmuş ərazilərdə davam edən layihələrimizdə işçilərin təhlükəsizliyini tam təmin etmək üçün “SƏTƏMM” heyəti tərəfindən Mina Təhlükəsizliyinə dair maarifləndirilmə məqsədli təlimlər keçirilərək “ANAMA” (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim edilir.

20 May 2022-ci il tarixində #ASSAAbloy-un Azərbaycandakı regional nümayəndəliyi olan “Unico” QSC və “IBS GROUP” ilə görüş keçirildi

“IBS GROUP” Özbəkistanda kommersiya və sənaye sahəsində istifadəsi olunan tikinti və tamamlama materiallarının təchizatı və quraşdırılması sahəsində aparıcı şirkətlərdən biridir.
 
Giriş nitqi ilə iclası “ASSA Abloy” şirkətinin Azərbaycandakı Regional Məhsul Spesifikasiyası və Qiymətləndirmə üzrə Meneceri olan Camal Ağayev açdı və şirkətin yaranma tarixi və necə formalaşması barədə qısa məlumat verdi. Daha sonra, hazırda şirkətin təklif etdiyi yeni innovativ həllər üzərindən (əsasən qapılar və onların komponentləri, həmçinin girişə nəzarət sistemləri) təqdimata davam etdi.
 
Görüşdə “#Unico” QSC-nin satış və marketinq üzrə meneceri Eldar Ayvazov, “IBS GROUP” şirkətinin Layihə departamentinin rəhbəri Marlen Yusupov və “IBS GROUP”un ticarət məsələləri üzrə nümayəndəsi Aleksandr İnileyev də iştirak etmişlər.

Qonaqlar təqdimata böyük maraq göstərdilər və bir neçə sual verməklə təqdimatda fəal iştirak etdilər.