1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bu gün UNICO-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün oldu! 

Əvvəlcə onlar inşaat sahəmizə baş çəkərək orada gedən prosesləri yaxından izlədilər və bir anlıq sahəni daha da gözəlləşdirdilər.

Daha sonra ofisimizdə iş mühitini simulyasiya edərək gələcək xəyallarını və yaradıcılıqlarını bizimlə bölüşdülər.

Günün sonunda isə tədbirin əyləncəli hissəsi başladı və uşaqlar üçün unudulmaz bir təcrübə ilə yekunlaşdı!

Bu təşəbbüslər Unico Life dəyərlərimizin bir hissəsidir: uşaqlarımızın inkişafına və rifahına dəstək olmaq, onlara xoşbəxtlik və ilham vermək əsas məqsədlərimiz sırasındadır.

Uşaqlar bizim gələcəyimizdir – onların gülümsəməsi ən böyük mükafatımızdır. 

“UniPro” üçün uzunmüddətli inkişaf strategiyası müzakirə edildi

“UNICO” şirkətlər qrupuna daxil olan törəmə müəssisələrdən biri olan #UniPro (#Binesis) üçün uzunmüddətli #korporativ strategiyanın hazırlanması məqsədilə xüsusi #workshop təşkil olundu.

Görüş zamanı komanda üzvləri ilə birgə gələcək #hədəflər, inkişaf istiqamətləri, #innovativ yanaşmalar və bazar imkanları ətrafında müzakirələr aparıldı. Bu təşəbbüs UniPro-nun #strateji mövqeyini gücləndirmək və davamlı inkişafını təmin etmək istiqamətində atılan vacib addımlardandır.

“Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” tədbirində iştirak etdik

14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin Qlobal Sazişinin Azərbaycan ofisinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Hilton hotelində keçirilən “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” tədbirində iştirak etdik.

Tədbirdə iştirak edən, “UNICO” QSC-nin törəmə şirkəti olan, PBA QSC-nin direktoru Tusi Əliyev “Tikinti sektorunun dəyişən landşaftı” panelində “Əmək bazarının gözləntiləri” mövzusunda çıxış etdi. Tusi Əliyev çıxışında tikinti və memarlıq sahəsi üzrə mövcud işçi qüvvəsi, ehtiyac duyulan vəzifələr və ixtisaslar, namizəd kadrlarda olan çatışmazlıqlar, peşə məktəblərində təhsil alan işçilər və onların ixtisas keyfiyyəti kimi bir çox məsələlərə toxundu.

Bir sıra dövlət qurumlarının və özəl şirkətlərin iştirak etdiyi və sözügdən əsas mövzunun müzakirə olunduğu tədbirin keçirilməsində əsas məqsəd son illərdə ölkəmizdə yeni peşə təhsil müəssisələrinin yaradılması və mövcud olanların modernləşdirilməsi istiqamətində atılan addımların daha da genişləndirilməsindən ibarətdir.

“UNICO” şirkətlər qrupu olaraq hər zaman ölkəmizin kadr potensialının gücləndirilməsini dəstəkləyir, inşaat, memarlıq, istehsalat sektorları eləcə də şirkətlər qrupumuzun fəaliyyət göstərdiyi istənilən sahədə kadrların inkişafı üzrə müvafiq dövlət qurumları tərəfindən verilən qərarlarla birgə addımlammaqdan məmnuniyyət hissi duyuruq.

Qeyd etmək istərdik ki, hər il istər mövcud kadrlarımızın ixtisasartırma məsələlərinə, istərsə də müvafiq sektorlar üzrə karyera qurmaq istəyən gənclərə şərait yaratmaq məsələlərinə xüsusi diqqət göstəririk. Dövri olaraq əmək yarmarkalarında iştirak edərək, ilin müxtəlif dövlərində təcrübə proqramları elan edərək, həmçinin, tələbələrin və gənclərin motivasiyasının artırılması məqsədi ilə müsabiqələr keçirərək nların ixtisaslı kadr kimi yetişməsinə öz tövhələrimizi veririk.

NÖVBƏTİ KARYERA SƏRGİSİNDƏ İŞTİRAK ETDİK

16 may 2024-cü il tarixində, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Sərgisi” keçirilib. Unico şirkətlər qrupunun da stendinin yer aldığı sərgidə 80-ə qədər dövlət qurumu və özəl şirkətlərin nümayəndələri iştirak edib. Karyera sərgisində 3000 nəfərdən çox tələbələrə və məzunlara müvafiq sektor üzrə müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.

Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin inkişaf etdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima dəstək olmaqddadır. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmaqdadır. 

Türkiyədə “iş dünyası – 100 ilin zirvəsi” adlı forum və sərgi keçirilmişdir

21-23 noyabr 2023-cü il tarixlərində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfının (TADİV) təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Organize Sanayi Bölgesi’də (OSTİM) “İş dünyası-100 İlin Zirvəsi 2” adlı biznes forum və sərgi baş tutmuşdur. 

Ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş zirvə, Azərbaycan və qardaş ölkə Türkiyə arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə vermək məqsədilə keçirilmişdir.

30-a yaxın şirkətin iştirak etdiyi forum və sərgidə “Unico” QSC xüsusi sponsor qismində iştirak etmişdir. Sonda “Unico” QSC-nin Maliyyə və Hüquq Departamentinin rəhbəri Çingiz Qurbanova təşəkkürnamə təqdim edilmişdir.