Fasad işləri üzrə təcrübəçimiz Cəmil Vəlimətovun təcrübə proqramı uğurla davam etməkdədir

Cəmil Vəlimətov Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır. Sentyabrdan isə Magistratura pilləsində “Sənayə və mülki tikinti” ixtisası üzrə təhsil almağa başlayacaqdır.

Təcrübəçimizə təhsil və iş həyatında uğurlar arzulayırıq!

Qeyd etmək istərdik ki, “UNICO” QSC tərəfindən dövri olaraq təcrübə proqramları elan olunur ki, tələbələr və yeni məzunlar sözügedən imkandan yararlanaraq karyeralarında ilk addımlarını atmağa başlayırlar. Həmçinin, davamlı olaraq təcrübə proqramını uğurla başa vuran tələbə və yeni məzunlara şirkətlər qrupumuzda kiçik mütəxəssis vəzifəsi üzrə fəaliyyətə başlamaq fürsəti də yaradılmaqdadır.

NÖVBƏTİ KARYERA SƏRGİSİNDƏ İŞTİRAK ETDİK

16 may 2024-cü il tarixində, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Sərgisi” keçirilib. Unico şirkətlər qrupunun da stendinin yer aldığı sərgidə 80-ə qədər dövlət qurumu və özəl şirkətlərin nümayəndələri iştirak edib. Karyera sərgisində 3000 nəfərdən çox tələbələrə və məzunlara müvafiq sektor üzrə müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.

Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin inkişaf etdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima dəstək olmaqddadır. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmaqdadır. 

Unico QSC-nin İnsan resursları heyəti Xəzər Universitetində keçirilən karyera sərgisində

31 may 2023-cü il tarixində, Xəzər Universitetində “Karyera Sərgisi” keçirilib. Sərgidə sonuncu kurs tələbələrinə və məzunlara müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.

Onlarla şirkətin iştirak etdiyi sərgidə tələbə və məzunların xüsusi marağını cəlb edən “Unico” stendi davamlı ziyarətçi sayı ilə xüsusi fərqlənib.

Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin yetişdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif  təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima dəstək olmuşdur. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə, şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmışdır.

Hər zaman tələbə və məzunların karyera inkişafına xüsusi diqqət ayıran “Unico” QSC 2 məzunu iş ilə təmin etdi

Belə ki, cəmiyyətimizdə təcrübə keçən 2 məzun təcrübə proqramını uğurla tamamlayaraq iş ilə təmin olunmuşdur.

1. Aytan Hasanbalayeva 30 yanvar 2023-cü il tarixində “Maliyyə və Hüquq” departamentində “Maliyyə üzrə təcrübəçi” vəzifəsində təcrübə keçməyə başlamışdır. O, təcrübə proqramını uğurla keçərək “Kiçik mühasib” vəzifəsinə qəbul olunmuşdur. Aytən Həsənbalayeva Azərbaycan Turizm və Menecment Universitetində “Turizm və otelçilik” ixtisası üzrə bakalavr təhsili almışdır.

2. Dilbar Afandiyeva 26 dekabr 2022-ci il tarixində “Fasad işləri” departamentində “Fasad dizaynı və memarlığı üzrə təcrübəçi” vəzifəsində təcrübə keçməyə başlamışdır. O, təcrübə proqramını uğurla keçərək “Fasad işləri üzrə kiçik memar” vəzifəsinə qəbul olunmuşdur. Dilbər Əfəndiyeva Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq” ixtisası üzrə bakalavr təhsili almışdır.

Yeni əməkdaşlarımıza uğurlar arzulayırıq!

Növbəti təcrübə proqramları üçün bizi izləməyə davam edin.

“GƏLƏCƏYİNİ İNŞA ET” Yay Təcrübə Proqramı

“GƏLƏCƏYİNİ İNŞA ET” – Yay Təcrübə Proqramı

İyun ayından başlayaraq bu proqram tikinti sferasında karyerasını qurmaq istəyən 4-cü kurs tələbələrinə və 2021-2022-ci illərin məzunlarına, aşağıda qeyd olunan sahələr üzrə ofis daxilində və iş sahələrində işlərlə yaxından tanış olmaq,  proseslərin icrasında iştirak etmək və ən əsası gələcək karyerasını UNİCO şirkətlər qrupunda qurmaq imkanı yaradacaqdır.

  • Sahə mühəndisliyi;
  • Smeta və Xərclərə Nəzarət;
  • Satınalma və Təchizat;
  • Maliyyə
  • İnsan Resursları
  • Memarlıq;
  • Ticarət;

Kimlər müraciət edə bilər?

  • Yuxarıda qeyd olunan sahələrdən birinə marağı olan, ən azı 2 dildə (biri ana dili olmaqla, digəri rus və ya ingilis – 3-cü dil əlavə üstünlükdür) sərbəst danışmaq, oxumaq, yazmaq bacarıqlarına malik olan, MS Office proqramlarını sərbəst şəkildə istifadə edə bilən 4-cü kurs tələbələri və 2021-2022-ci illərin məzunları.

Necə müraciət edə bilərəm?

  • internship@unico.az elektron ünvanına mövzu hissəsində yuxarıda qeyd olunan sahələrdən birini seçməklə 150 simvoldan ibarət motivasiya məktubu ilə birlikdə CV göndərilir.