“SƏTƏMM” heyəti tərəfindən Mina Təhlükəsizliyinə dair maarifləndirilmə məqsədli təlimlər keçirilərək “ANAMA” tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim edilir.

İşğaldan azad olunmuş ərazilərdə davam edən layihələrimizdə işçilərin təhlükəsizliyini tam təmin etmək üçün “SƏTƏMM” heyəti tərəfindən Mina Təhlükəsizliyinə dair maarifləndirilmə məqsədli təlimlər keçirilərək “ANAMA” (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim edilir.

20 May 2022-ci il tarixində #ASSAAbloy-un Azərbaycandakı regional nümayəndəliyi olan “Unico” QSC və “IBS GROUP” ilə görüş keçirildi

“IBS GROUP” Özbəkistanda kommersiya və sənaye sahəsində istifadəsi olunan tikinti və tamamlama materiallarının təchizatı və quraşdırılması sahəsində aparıcı şirkətlərdən biridir.
 
Giriş nitqi ilə iclası “ASSA Abloy” şirkətinin Azərbaycandakı Regional Məhsul Spesifikasiyası və Qiymətləndirmə üzrə Meneceri olan Camal Ağayev açdı və şirkətin yaranma tarixi və necə formalaşması barədə qısa məlumat verdi. Daha sonra, hazırda şirkətin təklif etdiyi yeni innovativ həllər üzərindən (əsasən qapılar və onların komponentləri, həmçinin girişə nəzarət sistemləri) təqdimata davam etdi.
 
Görüşdə “#Unico” QSC-nin satış və marketinq üzrə meneceri Eldar Ayvazov, “IBS GROUP” şirkətinin Layihə departamentinin rəhbəri Marlen Yusupov və “IBS GROUP”un ticarət məsələləri üzrə nümayəndəsi Aleksandr İnileyev də iştirak etmişlər.

Qonaqlar təqdimata böyük maraq göstərdilər və bir neçə sual verməklə təqdimatda fəal iştirak etdilər.

“Bakı Mühəndislik Universiteti”ndə “Gələcəyə Addım” təcrübə proqramının təqdimatı keçirildi

12 May 2022-ci il tarixində “Unico” QSC-nin İnsan Resursları və İnzibati Məsələlər üzrə Meneceri Kamil Hüseynov “Baki Mühəndislik Universiteti”ndə “Unico” QSC-nin “Gələcəyə Addım” adlı təcrübə proqramının təqdimatını keçirdi. Daha sonra tələbələrin şirkət və təcrübə proqramı haqqında sualları cavablandırıldı. Tələbələr “Unico” şirkətinə bu kimi təcrübə proqramları keçirərək onları daim düşündükləri üçün təşəkkür etdilər.

“Unico” QSC-nin İnsan Resursları Komandası “Karyera Sərgisində” iştirak edib

26 aprel 2022-ci il tarixində, Azərbaycan #Memarlıq və #İnşaat Universitetində “#Karyera Sərgisi” keçirilib. Sərgidə sonuncu kurs tələbələrinə və məzunlara müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.
 
80-dən çox şirkətin iştirak etdiyi sərgidə #tələbə və məzunların xüsusi marağını cəlb edən “Unico” stendi davamlı ziyarətçi sayı ilə xüsusi fərqlənib. 
 
Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin yetişdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif #təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima #dəstək olmuşdur. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə, şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmışdır. 

Böyük məmnuniyyət hissi ilə Sizinlə “Unico” QSC-də yeni işə başlayan “Ticarət üzrə Menecer” Fərhad Vəlizadə haqqında qısa məlumat paylaşmaq istəyirik.

Böyük məmnuniyyət hissi ilə Sizinlə “UNICO” QSC-də yeni işə başlayan “Ticarət üzrə Menecer” Fərhad Vəlizadə haqqında qısa məlumat paylaşmaq istəyirik.

Fərhad Vəlizadə İsveçrənin Viktoriya Universitetində “Biznesin İdarəedilməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. 2014-cü ildən başlayaraq ixtisası üzrə bir çox şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır. “UNICO” QSC-də işə başlamazdan öncə “Absheron Hotel Group” və “Azerbaijan Supermarket” kimi şirkətlərdə çalışmışdır. Azərbaycan, rus, türk və ingilis dillərini bilir. 

Əziz Fərhad Vəlizadə “UNICO” ailəsinə xoş gəlmişsiniz!