Əməkdaşlarımız növbəti təlimlərini uğurla başa vurdular

3 ay davam edən “Başlanğıcdan – Orta səviyyədən yuxarı” adlı treyninq peşəkar təlmiçi Əfsanə Bağırova tərəfindən “Microsoft Excel” və “Microsoft Word”-un bütün tələb və kriteriyalarına uyğun olaraq keçirilmişdir.

Məlumat üçün qeyd etmək istərdik ki, şirkətimizin İnsan Resursları və İnzibati Məsələlər Departamenti dövri olaraq əməkdaşlarının bilik və bacarıqlarını artırmaq məqsədi ilə işçilər üçün müvafiq sahələrə uyğun olaraq treyninq və ixtisasartırma kurslarını təşkil edir.

13-15 Sentyabr 2022-ci il tarixlərində “Unico” QSC-nin Fasad Departamentinin Meneceri Ruslan Rüstəmov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “VII Fasad Konqresi”ndə iştirak etmişdir

13-15 Sentyabr 2022-ci il tarixlərində “Unico” QSC-nin Fasad Departamentinin Meneceri Ruslan Rüstəmov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “VII Fasad Konqresi”ndə iştirak etmişdir.

Rusiyanın Fasad Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən çox fasad üzrə rəhbər heyət və aparıcı texniki mütəxəssislər iştirak etmişdir. 

Konqresin keçirilməsində məqsəd 2022 -2023-cü illərdə fasad mütəxəssislərinin uğurlu addımlar atmaları üçün onların praktik, analitik, normativ və texniki məlumatlar toplusu ilə təmin olunmasından ibarət olmuşdur.

Konqresdə 50-dən çox məruzəçi qonaqlar, o cümlədən alimlər, nüfuzlu ekspertlər və aparıcı şirkətlərin rəhbərləri qarşısında çıxış etmişdir. 

TƏCRÜBƏÇİLƏRİMİZİN UĞURLARI

Bu il təcrübə proqramına başlayan təcrübəçilərimizin karyera inkişafı uğurla davam edir.
 
Aşağıda adları qeyd olunan təçrübəçilərimiz təcrübə proqramını müvəffəqiyyətlə bitirərək, əldə edilən bilik və təcrübələrdən yararlanaraq kiçik mütəxəssislər kimi şirkətimizin müxtəlif departamentlərində fəaliyyətə başlayıblar.

1️⃣ Hüseyn Qurbanlı
👨🏻‍💻 İR və inzibati məsələlər departamentində “İR və inzibati məsələlər üzrə kiçik mütəxəssis”
2️⃣ Namiq Həbibli
👷🏻Fasad Departamentində “Kiçik memar”
3️⃣ Elmar Xəlilov👨🏻‍💻Satınalma Departamentində “Satınalma üzrə kiçik mütəxəssis”

Yeni əməkdaşlarımıza uğurlar arzulayırıq!

CƏMİYYƏTİMİZİN DİREKTORU İLƏ TƏCRÜBƏÇİLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR

“Unico” QSC öz ənənəsinə sadiq qalaraq bu il də gənclərə karyeralarında ilk addımları atmaq üçün şərait yaratmışdır. Nəticədə 10 nəfər gənc cəmiyyətimizin həyata keçirdiyi təcrübə proqramından faydalanmaq şansı qazanmışdır.

Həmin təcrübəçilərlə görüşən cəmiyyətimizin direktoru Elçin Axundov onlara şirkətin fəaliyyət dövrü, əsas dəyərləri və inkişaf planları barədə məlumat vermiş, təcrübəçilərə karyera addımlarında uğurlar arzulamışdır.

Sonda təcrübəçilərin sualları direktor tərəfindən cavablandırılmışdır.

Əməkdaşlarımızın Uğurları – Gülnar Uçar

Böyük fəxr və sevinc hissi ilə bildiririk ki, “SƏTƏMM üzrə baş mütəxəssis” vəzifəsində çalışan əməkdaşımız Gülnar Uçar “Unico” QSC tərəfindən təşkil olunmuş “IMS Baş Auditor” təlimi (ISO 45001-2018, 9001-2015, 14001-2015) imtahanını uğurla keçmişdir.

Cəmiyyətimiz adından Gülnar xanımı təbrik edirik və ona yeni nailiyyətlər arzulayırıq!