Cəmiyyətimizdə yeni fəaliyyətə başlayan kiçik mütəxəssislər və təcrübəçilərlə ənənəvi görüşümüzü keçirdik

2 fevral gənclər günündə qürurla qeyd etmək istərdik ki, “Unico” QSC öz ənənəsinə sadiq qalaraq bu il də gənclərə karyeralarında ilk addımlarını atmaq üçün şərait yaratmışdır. Nəticədə 8 nəfər gənc cəmiyyətimizin həyata keçirdiyi təcrübə proqramından və kiçik mütəxəssislər üçün elan olunmuş vakansiyalardan faydalanmaq şansı qazanmışdır.

Gənclərlə görüşən cəmiyyətimizin direktoru Elçin Axundov onlara şirkətin fəaliyyət dövrü, əsas dəyərləri və inkişaf planları barədə məlumat vermiş, onlara karyera addımlarında uğurlar arzulamışdır.

Ölkəmizin bütün gənclərini “2 Fevral – Gənclər Günü” münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayırıq!

“Unico” QSC gənc istedadların inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət ayırır

Bugünkü paylaşımımız cəmiyyətimizdə yeni fəaliyyətə başlayan kiçik mütəxəssislərimiz və təcrübəçilərimiz haqqındadır.
 
1. Rüstəm Hümbətzadə – Spesifikasiya və hesablama üzrə kiçik mütəxəssis
Rüstəm Hümbətzadə Bakı Dövlət Universitetində “Kompüter Elmləri” ixtisası üzrə bakalavr təhsili almışdır.
2019-cu ildən başlayaraq bir sıra şirkətlərdə və dövlət qurumunda müxtəlif vəzifələrdə çalışmışdır. “Unico” QSC-də işə başlamazdan öncə “Nobel Pharma”, “ICGroup” və “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” kimi yerlərdə çalışmışdır.
Azərbaycan, rus, türk və ingilis dillərini bilir.

2. Rüstəm Xəlilov – Smeta və xərclərə nəzarət üzrə kiçik mühəndis
Rüstəm Xəlilov Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almış, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi (Sənayə və mülki tikinti)” ixtisası üzrə magistr təhsili almışdır.
2018-ci ildən başlayaraq 2 şirkətdə şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır. “Unico” QSC-də işə başlamazdan öncə “ArchiCO” LTD və “Caspian Service” LTD kimi şirkətlərdə çalışmışdır.
Azərbaycan, rus, türk, ingilis və ispan dillərini bilir.

3. Fərid Rəhimzadə – Satınalma departamentində təcrübəçi
Fərid Rəhimzadə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra Türkiyənin Anadolu Universitetində “Maliyyə” ixtisası üzrə magistr təhsili almışdır.
Azərbaycan, rus, türk və ingilis dillərini bilir.
 
4. Məhəmməd Məmmədov – “Fasad” departamentində “Fasad Dizaynı və Memarlığı üzrə təcrübəçi”
 
Məhəmməd Məmmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Sənaye və mülki tikinti” ixtisası üzrə magistr təhsili almışdır. Azərbaycan, Rus, Türk və İngilis dillərini bilir.
 
5. Dilbər Əfəndiyeva – “Fasad” departamentində “Fasad Dizaynı və Memarlığı üzrə təcrübəçi”

Dilbər Əfəndiyeva Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq” ixtisası üzrə bakalavr təhsili almışdır. Azərbaycan, rus, türk və ingilis dillərini bilir.

6. İsgəndər Hacıyev – “PBA” QSC-də “Kiçik Memar”

İsgəndər Hacıyev İngiltərənin Northumbria Universitetində “Memarlıq” ixtisası üzrə bakalavr təhsili almışdır. Azərbaycan, rus, türk və ingilis dillərini bilir.

“Unico” ailəsinin yeni üzvlərinə uğurlar arzulayırıq!

Əməkdaşlarımızın uğurları davam edir

Fəxr və sevinc hissi ilə bildiririk ki, “Unico” şirkətlər qrupunun Maliyyə Meneceri Çingiz Qurbanov “ACCA DipIFR” (Diploma in International Financial Reporting) imtahanını uğurla keçmişdir!
 
Qeyd edək ki, bu diplom düynanın 100-dən çox ölkəsində tanınmaqla maliyyə hesabatlarının Beynəlxalq Standartlar çərçivəsində tərtibi və təqdim olunmasını təmin edir. 

Şirkətimiz adından Çingiz müəllimi təbrik edir və yeni uğurlar arzulayırıq!

“Unico” QSC ofis əməkdaşları üçün sahə səfəri təşkil edib

Belə ki, əməkdaşlar Bakı şəhərində icrası davam edən hotel layihəsində görülən işlərlə tanış olublar. Layihə heyəti tərəfindən sahə ziyarətçilərinə binanın xarici fasad örtüyü işləri, fasad örtüyünün işıqlandırılmasının layihələndirilməsi və icrası işləri ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “Unico” QSC mütəmadi olaraq ofis əməkdaşları üçün sahə səfərləri təşkil edir ki, bu da əməkdaşların layihələrlə daha yaxından tanış olmalarına və həmin layihə üzrə müvafiq ehtiyacların öyrənilməsi və tapşırıqların yerinə yetirilməsi baxımından effektiv nəticələr əldə etmələrinə dəstək olur.

Əməkdaşlarımızın uğurları bizi daima sevindirir!

Fəxr hissi ilə qeyd etmək istərdik ki, “Unico” QSC-nin “Strategiya və biznesin inkişafı” üzrə direktor müavini Mircəfər Cəfərov “Azərbaycan Hava Yolları” QSC-də yeni strateji inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Əziz Mircəfər Cəfərov, sizi bu münasibəti ilə təbrik edir, təyinatınızda uğurlar arzulayırıq.