Böyük məmnuniyyət hissi ilə “UNICO” QSC-də fəaliyyətə başlayan, Baş icraçı direktorun müşaviri Hikmət Hüseynov haqqında məlumatı sizinlə bölüşmək istərdik

1988-ci il təvəllüdlü Hikmət Hüseynov 2007-2011-ci illərdə Türkiyənin İstanbul Universitetində “Siyasi elmlər və dövlət idarəçiliyi” ixtisası üzrə bakalavr təhsilini, 2020-2021-ci illərdə isə elə həmin universitetdə “Biznesin idarə edilməsi” (MBA) ixstisası üzrə magistr təhsilini almışdır.

Geniş iş təcrübəsinə malik cənab Hüseynov, bu təyinatdan əvvəl, 2021-ci ildən etibarən “GP Holding”in tərkibində fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Gilan Tekstil Parkı” və “Mingəçevir Tekstil Parkı” kimi aparıcı şirkətlərdə Biznesin İnkişafı Departamentinin Direktoru vəzifəsində çalışmış, 2024-cü ilin avqust ayından etibarən isə o, sonuncu şirkətdə Baş Kommersiya Direktorunun müavini vəzifəsini icra etmişdir.

Hikmət Hüseynov “Unico” ailəsinə 2025-ci ilin aprel ayında baş direktorun müşaviri kimi qoşulub. cənab Hüseynov doğma Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərini də bilir. Onun müxtəlif sektorlarda qazandığı strateji idarəetmə və biznesin inkişafı üzrə dərin bilik və təcrübəsi, “UNICO”nun gələcək inkişafına mühüm töhfələr verəcəyinə inam yaradır.

Əziz Hikmət Hüseynov “UNICO” ailəsinə xoş gəldiniz!

Məmnuniyyət hissi ilə Sizinlə UNICO CJSC’də fəaliyyətə başlayan, şirkətlər qrupumuzun Hüquqşünası, İnsan resursları və inzibati işlər üzrə rəhbəri Zaur Zeynalov haqqında qısa məlumat paylaşmaq istəyirik.

Zaur bəy hüquq, biznesin idarə edilməsi və ictimai idarəçilik ixtisasları üzrə Azərbaycanda və hashtag#ABŞ-da magistr təhsilləri almışdır.

hashtag#UNICO-da işə başlamadan öncə Det.Al Alüminium, hashtag#CNIM, hashtag#Holcim, hashtag#SOCAR kimi bir çox yerli və xarici şirkətlərdə, RİTN və ETSN kimi dövlət qurumlarında çalışmışdır.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Əziz Zaur Zeynalov “Unico” ailəsinə xoş gəldiniz!

Fasad işləri üzrə təcrübəçimiz Cəmil Vəlimətovun təcrübə proqramı uğurla davam etməkdədir

Cəmil Vəlimətov Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır. Sentyabrdan isə Magistratura pilləsində “Sənayə və mülki tikinti” ixtisası üzrə təhsil almağa başlayacaqdır.

Təcrübəçimizə təhsil və iş həyatında uğurlar arzulayırıq!

Qeyd etmək istərdik ki, “UNICO” QSC tərəfindən dövri olaraq təcrübə proqramları elan olunur ki, tələbələr və yeni məzunlar sözügedən imkandan yararlanaraq karyeralarında ilk addımlarını atmağa başlayırlar. Həmçinin, davamlı olaraq təcrübə proqramını uğurla başa vuran tələbə və yeni məzunlara şirkətlər qrupumuzda kiçik mütəxəssis vəzifəsi üzrə fəaliyyətə başlamaq fürsəti də yaradılmaqdadır.

NÖVBƏTİ KARYERA SƏRGİSİNDƏ İŞTİRAK ETDİK

16 may 2024-cü il tarixində, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Sərgisi” keçirilib. Unico şirkətlər qrupunun da stendinin yer aldığı sərgidə 80-ə qədər dövlət qurumu və özəl şirkətlərin nümayəndələri iştirak edib. Karyera sərgisində 3000 nəfərdən çox tələbələrə və məzunlara müvafiq sektor üzrə müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.

Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin inkişaf etdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima dəstək olmaqddadır. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmaqdadır. 

29 yanvar 2024-cü il tarixində “UNICO şirkətlər qrupunun 2024-2027-ci illər üzrə vizyonu” adlı onlayn görüş keçirilmişdir

Görüşdə, şirkətlər qrupuna daxil olan inşaat, memarlıq və layihələndirmə, istehsalat, həmçinin treydinq sahələri üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

“UNICO” şirkətlər qrupunun baş direktoru Elçin Axundov rəhbərlik etdiyi görüşdə bir neçə mövzu haqqında çıxışlar etmişdir ki, bunlardan biri də hal-hazırda və qarşıdakı illər ərzində yerli və xarici bazarlarda cari vəziyyət və inkişaf planları haqqında olmuşdur. “UNICO”-nun artıq beynəlxalq əhəmiyyətli şirkətə çevrilərək, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrin bazarlarında fəaliyyət göstərməsi habelə cari fəaliyyətin daha da şaxələndirilməsi üçün mühüm addımların atıldığı xüsusi olaraq vurğulanmışdır.

Yekunda, bu yolda birgə addımlayan və öz loyallığını göstərən UNICO ailəsinin hər bir üzvünə təşəkkür edilmiş və onlara uğurlar arzulanmışdır.

1 2 3 7