Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. 

“UNICO” şirkətlər qrupu olaraq Qazaxıstanın “BI GROUP” holdinqi ilə birgə əməkdaşlıq çərçivəsində inşaat işlərini həyata keçirdiyimiz bu layihəni 9 aya tamamladıq. Partnyorumuza fəaliyyətimizi qiymətləndirib bizi təşəkkürnamə ilə təltif etdiyi üçün xüsusi təşəkkür edir və növbəti birgə layihələrimizdə uğurlar arzulayırıq!

Daha bir qürurverici məqam ondan ibarətdir ki, şirkətlər qrupuna daxil olan 4 törəmə müəssisəmizinn hər biri sözügedən layihənin icra olunmasında aşağıdakı işləri həyata keçirmişdir.

Unico CJSC – Baş podratçı qismində inşaat işləri

PBA CJSC – layihələndirmə işləri

UniPro LLC – daxili mebel və taxta məmulatlarının hazırlanması və quraşdırılması

ASSA ABLOY Group ilə birlikdə – Azərbaycanda ilk dəfə olaraq master açar sisteminin tətbiq olunması, yüksək təhlükəsizlik sertifikatlarına malik yanğına davamlı qapıların istehsalı və montajı

Qeyd etmək istərdik ki, “BI GROUP” ilə əməkdaşlıq çərçivəsində Füzuli şəhərində yeni tikiləcək “Hospital” layihəsinin inşaat işlərində də iştirak edəcəyik.

Biz fəxr edirik ki, doğma vətənimizdə, Ağdam məktəbi layihəsindən sonra daha bir təhsil mərkəzi layihəsinin tikintisi işlərini uğurla icra etdik. Bütün bu layihələrdə əməyi keçən hər kəsə təşəkkür edir, gələcək layihələrimizdə uğurlar arzulayırıq!

Xocalı Soyqırımı – QANLI TARİXDƏN keçən 32 İL!

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 32-ci ildönümü ilə əlaqədar 26 fevral 2024-cü il tarixində “Unico” şirkətlər qrupunun nümayəndələri Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişib. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.

UNICO şirkətlər qrupunun “COP29” adlı görüşü keçirilmişdir

Mərkəzi ofisdə baş tutan görüşdə “Unico”, “Project Bureau Azerbaijan”, “UniPro” şirkətlərinin rəhbərləri, həmçinin “Unico” QSC-nin SƏTƏMM üzrə rəhbəri iştirakı etmişdir.
 
Əsas müzakirə mövzuları bu il keçiriləcək “COP29” tədbiri və “Yaşıl dünya naminə həmrəylik ili” olmuşdur.
 
Şirkətlər qrupunun inşaat, memarlıq və layihələndirmə, həmçinin istehsalat sahəsi üzrə fəaliyyət göstərən cəmiyyətləri tərəfindən COP29-u təşviq etmək, habelə, müvafiq fəaliyyət sahələri üzrə baş verən proseslər zaman iqlim dəyişikliyinə neqativ təsir edən amilləri minimuma endirimək üçün bir neçə layihələr təqdim olunmuş və müzakirə edilmişdir.
 
Yekunda seçilmiş layihələr üzrə tədbirlər planının hazırlanması tapşırığı verilmişdir.
 
Həmin layihələr haqqında məlumatlar tezliklə ictimaiyyətə açıqlanacaqdır.

29 yanvar 2024-cü il tarixində “UNICO şirkətlər qrupunun 2024-2027-ci illər üzrə vizyonu” adlı onlayn görüş keçirilmişdir

Görüşdə, şirkətlər qrupuna daxil olan inşaat, memarlıq və layihələndirmə, istehsalat, həmçinin treydinq sahələri üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

“UNICO” şirkətlər qrupunun baş direktoru Elçin Axundov rəhbərlik etdiyi görüşdə bir neçə mövzu haqqında çıxışlar etmişdir ki, bunlardan biri də hal-hazırda və qarşıdakı illər ərzində yerli və xarici bazarlarda cari vəziyyət və inkişaf planları haqqında olmuşdur. “UNICO”-nun artıq beynəlxalq əhəmiyyətli şirkətə çevrilərək, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrin bazarlarında fəaliyyət göstərməsi habelə cari fəaliyyətin daha da şaxələndirilməsi üçün mühüm addımların atıldığı xüsusi olaraq vurğulanmışdır.

Yekunda, bu yolda birgə addımlayan və öz loyallığını göstərən UNICO ailəsinin hər bir üzvünə təşəkkür edilmiş və onlara uğurlar arzulanmışdır.

Türkiyədə “iş dünyası – 100 ilin zirvəsi” adlı forum və sərgi keçirilmişdir

21-23 noyabr 2023-cü il tarixlərində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfının (TADİV) təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Organize Sanayi Bölgesi’də (OSTİM) “İş dünyası-100 İlin Zirvəsi 2” adlı biznes forum və sərgi baş tutmuşdur. 

Ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş zirvə, Azərbaycan və qardaş ölkə Türkiyə arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə vermək məqsədilə keçirilmişdir.

30-a yaxın şirkətin iştirak etdiyi forum və sərgidə “Unico” QSC xüsusi sponsor qismində iştirak etmişdir. Sonda “Unico” QSC-nin Maliyyə və Hüquq Departamentinin rəhbəri Çingiz Qurbanova təşəkkürnamə təqdim edilmişdir.