🏥 Ağdam Rayon Mərkəzi Xəstəxanası Kompleksi

📍 Qarabağ | 6.01 ha ərazi | 210 çarpayılıq

Layihə haqqında digər məlumatlar:

🔹 Əsas bina: 190 çarpayı (Zirzəmi + 4 mərtəbə)

🔹 Yoluxucu xəstəliklər korpusu: 10 çarpayı (Zirzəmi + 1 mərtəbə)

🔹 Hemodializ korpusu: 10 çarpayı (Zirzəmi + 1 mərtəbə)

🔹 Tikintiyə başlanma və planlaşdırılan təhvil tarixi: 2024 – 2026

Biz inanırıq ki, ölkə rəhbərliyinin siyasi iradəsi və Qarabağa yönəlmiş strateji yanaşmasının nəticəsi olaraq bu layihə bölgənin səhiyyə sisteminin yenilənməsinə mühüm töhfə verəcəkdir.

Mülki inşaat layihələri üzrə uzunmüddətli təcrübəyə malik olan UNICO, bu layihəni də ən yüksək keyfiyyət standartlarına uyğun şəkildə və vaxtında uğurla tamamlamağı hədəfləmişdir.

🔹 İxtisaslaşmış mühəndis və layihə komandası,

🔹 Resursların düzgün idarəolunması,

🔹 Effektiv planlaşdırma və icra mexanizmləri sayəsində şirkətimiz bu günə qədər onlarla mühüm infrastruktur və sosial layihəni uğurla başa çatdırmışdır.

İstər səhiyyə, istər təhsil, istərsə də inzibati və yaşayış təyinatlı obyektlərdə, əsas məqsədimiz — cəmiyyətə dayanıqlı və dəyərli tikililər qazandırmaqdır.

Layihələrimizdə göstərdiyimiz fədakar yanaşma, partnyorlarımızla qurduğumuz güvənə əsaslanan əməkdaşlıq və yerli-ixtisaslı komanda gücümüz bizi fərqləndirən əsas amillərdən biridir.

Bu xəstəxana yalnız bir tibb müəssisəsi deyil – Qarabağın sağlam gələcəyinə atılan strateji bir addımdır.