4 may 2025 tarixində keçirilən “Bakı Marafonu”nda iştirak etdik!

Biz marafona yalnız fiziki deyil, həm də rəmzi olaraq qatıldıq. Şirkətlər qrupumuzun komandası “Unifying Strengths, Delivering Impact” şüarı və inşaat mühəndis jiletləri konsepti ilə inşaat sahəsinin ruhunu marafon meydanına daşıdı. Bu simvolik iştirakla biz inşaat sahəsinin yalnız tikinti deyil, eyni zamanda davamlı və rifahlı cəmiyyətlərə töhfə vermə missiyasını ön plana çəkdik.

Bu təşəbbüs, “UN Global Compact”ın üzvü kimi BMT-nin 3-cü Dayanıqlı İnkişaf Hədəfi olan “Sağlam həyat tərzinin təşviqi və rifahın təmin olunması” və 11-ci hədəfi olan “Davamlı şəhərlər və icmalar” məqsədlərinə uyğun olaraq, korporativ mədəniyyətimizin və sosial məsuliyyət anlayışımızın bir hissəsidir.

“Unico Life” təşəbbüsümüz çərçivəsində əməkdaşlarımızı sağlam həyat tərzinə həvəsləndirmək, birgə iştirak və motivasiya mühitini gücləndirmək əsas hədəflərimizdəndir.

28 000 nəfərdən çox şəxsin qeydiyyatdan keçdiyi marafonda iştirak edən komanda üzvlərimizin uğurları bizi sevindirir. Bu ilki marafonda iştirak edən bütün əməkdaşlarımıza təşəkkür edir, gələcək uğurlarına doğru gedən yolda onlara güc və ruh yüksəkliyi arzulayırıq!