1988-ci il təvəllüdlü Hikmət Hüseynov 2007-2011-ci illərdə Türkiyənin İstanbul Universitetində “Siyasi elmlər və dövlət idarəçiliyi” ixtisası üzrə bakalavr təhsilini, 2020-2021-ci illərdə isə elə həmin universitetdə “Biznesin idarə edilməsi” (MBA) ixstisası üzrə magistr təhsilini almışdır.
Geniş iş təcrübəsinə malik cənab Hüseynov, bu təyinatdan əvvəl, 2021-ci ildən etibarən “GP Holding”in tərkibində fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Gilan Tekstil Parkı” və “Mingəçevir Tekstil Parkı” kimi aparıcı şirkətlərdə Biznesin İnkişafı Departamentinin Direktoru vəzifəsində çalışmış, 2024-cü ilin avqust ayından etibarən isə o, sonuncu şirkətdə Baş Kommersiya Direktorunun müavini vəzifəsini icra etmişdir.
Hikmət Hüseynov “Unico” ailəsinə 2025-ci ilin aprel ayında baş direktorun müşaviri kimi qoşulub. cənab Hüseynov doğma Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərini də bilir. Onun müxtəlif sektorlarda qazandığı strateji idarəetmə və biznesin inkişafı üzrə dərin bilik və təcrübəsi, “UNICO”nun gələcək inkişafına mühüm töhfələr verəcəyinə inam yaradır.
Əziz Hikmət Hüseynov “UNICO” ailəsinə xoş gəldiniz!