İnşaat işləri tərəfimizdə həyata keçirilən 6,01 hektar torpaq sahəsində inşa edilən 210 çarpayılıq əsas xəstəxana binası zirzəmi və dörd mərtəbədən ibarətdir. Kompleksə əsas xəstəxana binasından əlavə, korpuslar və müxtəlif təyinatlı binalar da daxildir.

Artıq xəstəxananın bir blokunda dəmir beton işləri yekunlaşıb. Bir sıra bloklarda dəmir-beton işləri davam edir, bəzi bloklarda hörgü işləri aparılır.

Kompleksin ərazisində, həmçinin transformator yarımstansiyası, yeraltı içməli və yanğın üçün su anbarları, nəzarət buraxılış məntəqələri, oksigen məntəqəsi, Təcili yardım maşınlarının dezinfeksiya meydançası, yeraltı nasos stansiyası da yaradılacaq, yaşıllıqlar salınacaq.