14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin Qlobal Sazişinin Azərbaycan ofisinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Hilton hotelində keçirilən “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” tədbirində iştirak etdik.
Tədbirdə iştirak edən, “UNICO” QSC-nin törəmə şirkəti olan, PBA QSC-nin direktoru Tusi Əliyev “Tikinti sektorunun dəyişən landşaftı” panelində “Əmək bazarının gözləntiləri” mövzusunda çıxış etdi. Tusi Əliyev çıxışında tikinti və memarlıq sahəsi üzrə mövcud işçi qüvvəsi, ehtiyac duyulan vəzifələr və ixtisaslar, namizəd kadrlarda olan çatışmazlıqlar, peşə məktəblərində təhsil alan işçilər və onların ixtisas keyfiyyəti kimi bir çox məsələlərə toxundu.
Bir sıra dövlət qurumlarının və özəl şirkətlərin iştirak etdiyi və sözügdən əsas mövzunun müzakirə olunduğu tədbirin keçirilməsində əsas məqsəd son illərdə ölkəmizdə yeni peşə təhsil müəssisələrinin yaradılması və mövcud olanların modernləşdirilməsi istiqamətində atılan addımların daha da genişləndirilməsindən ibarətdir.
“UNICO” şirkətlər qrupu olaraq hər zaman ölkəmizin kadr potensialının gücləndirilməsini dəstəkləyir, inşaat, memarlıq, istehsalat sektorları eləcə də şirkətlər qrupumuzun fəaliyyət göstərdiyi istənilən sahədə kadrların inkişafı üzrə müvafiq dövlət qurumları tərəfindən verilən qərarlarla birgə addımlammaqdan məmnuniyyət hissi duyuruq.
Qeyd etmək istərdik ki, hər il istər mövcud kadrlarımızın ixtisasartırma məsələlərinə, istərsə də müvafiq sektorlar üzrə karyera qurmaq istəyən gənclərə şərait yaratmaq məsələlərinə xüsusi diqqət göstəririk. Dövri olaraq əmək yarmarkalarında iştirak edərək, ilin müxtəlif dövlərində təcrübə proqramları elan edərək, həmçinin, tələbələrin və gənclərin motivasiyasının artırılması məqsədi ilə müsabiqələr keçirərək nların ixtisaslı kadr kimi yetişməsinə öz tövhələrimizi veririk.