Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinə işgüzar səfəri zamanı Beynəlxalq Hava Limanının Yeni Terminalında görülən işlər ilə tanış olub. Terminalın açılışı ərəfəsində dövlət başçısına görülən işlər barədə məlumat verilərək hava limanında yaradılmış infrastruktur təqdim edilib. Ümumi sahəsi 53,5 min kvadratmetr olan hava limanı ildə 14 milyon sərnişin qəbul etmə potensialına malikdir. Yeni terminal Mərkəzi Asiyada “Excellence in Design for Greater Efficiency” (EDGE) proqramı çərçivəsində sertifikatlaşdırılan ilk terminal olacaq.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, “TAV Group” ilə birgə əməkdaşlıq nəticəsində sözügedən hava limanının VİP Terminalı və PTB Terminallarındakı bütün yanğına davamlı metal qapılar, yanğına davamlı VİP taxta qapılar və bütün digər taxta qapılar Unico şirkətlər qrupunun fabrikində (UniPro) beynəlxalq standartlara uyğun olaraq istehsal olunmuşdur. İxrac potensialımızın başlanğıcı olan, beynəlxalq səviyyəli layihənin yenidənqurma işlərində iştirak etdiyimiz üçün qürur duyuruq.

UNICO fəaliyyət dairəsini genişləndirməyə və ixrac imkanlarını artırmağa davam edir…