Unico şirkətlər qrupunun törəmə müəssisəsi olan UniPro MMC-nin nümayəndəsi Yusif Əhmədov “Azərbaycanda Dairəvi İqtisadiyyatın Tətbiqi: İstehsal müəssisələrində Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın tətbiqinin inkişafı” adlı milli konfransda iştirak edib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən milli konfrans, “EU4Environment” təşəbbüsünü əhatə edən Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) üzrə nəzərdə tutulan fəaliyyətlər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən 13 may 2024-cü il tarixində Bakıda, Park Inn Radisson Hotelində təşkil olunub.
Konfransın məqsədi dairəvi iqtisadiyyata keçid zamanı RSDTİ-nin üstünlüklərini göstərməklə Azərbaycanda istehsalat müəssisələrində dayanıqlılığı və yaşıl inkişafı vurğulamaq və təşviq etməkdir.
Bundan irəli gələrək müzakirələrin əsas mövzuları aşağıdakılar olmuşdur:
– Dairəvi iqtisadiyyata nail olmaq üçün bir addım kimi RSDTİ-nin tətbiqi.
– Ətraf mühitin dayanıqlığına strateji yanaşma kimi eko-sənaye parklarından istifadə.
– Aİ-nin Yaşıl Məhsullar üzrə Vahid Bazarına daxil olmaq üçün Məhsulun Ekoloji İzinin tətbiqi.
– Daha yaşıl iqtisadiyyata keçidi asanlaşdırmaq üçün maliyyə və investisiyaların səfərbər edilməsi.
Unico şirkətlər qrupu olaraq hər zaman ətraf mühit amillərinə xüsusi diqqət edir, bu kimi fürsətlərdən yararlanaraq, heyətimizin, törəmə müəssisələrimizin, habelə onların əməkdaşlarının müvafiq istiqamət üzrə daha çox bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdan məmnunluğumuzu ifadə edirik. Fəaliyyət göstərdiyimiz sahələr üzrə beynəlxalq təcrübə və standartları əsas götürərək YAŞIL GƏLƏCƏYƏ doğru birgə addımlayırıq.