Məmnuniyyətlə elan etmək istərdik ki, biz artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulduq

Təşəbbüsə qoşulmaqla biz ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətini təkmilləşdirməyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də, ölkə iqtisadiyyatına daha geniş töhfə verməyi planlaşdırırıq. Bundan əlavə insan haqları, işçi hüquqları, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəmizə götürürük.

Həmçinin, BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq öz fəaliyyətimizi yaşıl inkişaf istiqamətlərinə və öhdəliklərinə daha da uyğunlaşdırdığımızı, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətimizdə ətraf mühit məsələlərinə, yaşıl texnologiyaların tətbiqi və təbliğinə də xüsusi diqqət ayırdığımızı bildirmək istərdik.