21-23 noyabr 2023-cü il tarixlərində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfının (TADİV) təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Organize Sanayi Bölgesi’də (OSTİM) “İş dünyası-100 İlin Zirvəsi 2” adlı biznes forum və sərgi baş tutmuşdur.
Ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş zirvə, Azərbaycan və qardaş ölkə Türkiyə arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə vermək məqsədilə keçirilmişdir.
30-a yaxın şirkətin iştirak etdiyi forum və sərgidə “Unico” QSC xüsusi sponsor qismində iştirak etmişdir. Sonda “Unico” QSC-nin Maliyyə və Hüquq Departamentinin rəhbəri Çingiz Qurbanova təşəkkürnamə təqdim edilmişdir.