Fransanın “Bureau Veritas” şirkəti tərəfindən “Unico” QSC-də həyata keçirilən, ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri, ISO 14001:2015 Ətraf mühiti idarəetmə sistemləri, həmçinin, ISO 45001:2018 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri üzrə ilkin mərhələ olan audit prosesi uğurla yekunlaşmışdır.

Məlumat üçün qeyd etmək istərdik ki, yuxarıda adıçəkilən sertifikatlaşdırma, fəaliyyət göstərdiyimiz sahəyə əsasən, yaşayış və qeyri-yaşayış binalarının tikintisi və layihələrin idarə edilməsini əhatə etməkdədir.