31 may 2023-cü il tarixində, Xəzər Universitetində “Karyera Sərgisi” keçirilib. Sərgidə sonuncu kurs tələbələrinə və məzunlara müxtəlif istiqamətlərdə karyera qurmaq imkanları təqdim olunub.

Onlarla şirkətin iştirak etdiyi sərgidə tələbə və məzunların xüsusi marağını cəlb edən “Unico” stendi davamlı ziyarətçi sayı ilə xüsusi fərqlənib.

Qeyd etmək yerinə düşər ki, hər zaman gənclərin inkişafını düşünərək, savadlı və təcrübəli mütəxəssislərin yetişdirilməsini ön planda tutan “Unico” hər il tələbə və məzunlar üçün müxtəlif  təcrübə proqramları keçirməklə yanaşı bu kimi sərgilərə qatılaraq, nəzəri biliklərə malik gənclərimizin iş təcrübəsinə yiyələnmələrinə daima dəstək olmuşdur. Bununla yanaşı, təcrübə proqramı dövründə xüsusi fərqlənən və proqramı uğurla başa vuran təcrübəçilərə, şirkətdə kiçik mütəxəssis vəzifəsi üzrə çalışmaq şansları da yaradılmışdır.