Cəmiyyətimizdə yeni fəaliyyətə başlayan kiçik mütəxəssislər və təcrübəçilərlə ənənəvi görüşümüzü keçirdik

2 fevral gənclər günündə qürurla qeyd etmək istərdik ki, “Unico” QSC öz ənənəsinə sadiq qalaraq bu il də gənclərə karyeralarında ilk addımlarını atmaq üçün şərait yaratmışdır. Nəticədə 8 nəfər gənc cəmiyyətimizin həyata keçirdiyi təcrübə proqramından və kiçik mütəxəssislər üçün elan olunmuş vakansiyalardan faydalanmaq şansı qazanmışdır.

Gənclərlə görüşən cəmiyyətimizin direktoru Elçin Axundov onlara şirkətin fəaliyyət dövrü, əsas dəyərləri və inkişaf planları barədə məlumat vermiş, onlara karyera addımlarında uğurlar arzulamışdır.

Ölkəmizin bütün gənclərini “2 Fevral – Gənclər Günü” münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayırıq!