“Unico” QSC ilə “Archico” MMC arasında 8 NOYABR – ZƏFƏR GÜNÜNƏ həsr olunmuş mini-futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir

Görüşdə adıçəkilən şirkətlərin komandaları ilə yanaşı həmin şirkətlərin rəhbər heyəti və digər əməkdaşları da azarkeş qismində iştirak edərək komandalarına dəstək olmuşlar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etmişdir. Tədbiri açıq elan edən “Unico” QSC-nin direktoru Elçin Axundov azarkeşləri salamlamış, bu qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə can sağlığı arzulamış, xalqımızı torpaqlarımızın geri alınması münasibəti ilə təbrik etmişdir. Bu görüşün keçirilməsində əsas məqsədin Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətləri arasında həmrəyliyin nümayiş etdirilməsindən ibarət olduğunu vurğulamış və hər iki komandaya uğurlar arzulamışdır. Sonra, çıxış edən “Archico” MMC-nin “Tikinti Departamenti”nin rəhbəri Nazim Şirinov da öz növbəsində azarkeşləri salamlamış, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləmiş, xalqımızı torpaqlarımızın geri alınması münasibəti ilə təbrik etmiş və hər iki komandaya uğurlar arzulamışdır.

Daha sonra, xüsusi təcrübəli və peşəkar hakimlər tərəfindən oyunçulara qaydalar barədə xatırlatma edilərək oyuna start verilmişdir. Bakı Olimpiya Stadionun mini futbol meydanaçalarında təşkil olunan yoldaşlıq görüşü “Archico” MMC-nin futbol komandasının qalibiyyəti ilə yekunlaşmışdır.

Yekunda, “Unico” QSC-nin direktoru Elçin Axundov “Zəfər Kuboku”nu “Archico” MMC-nin futbol komandasına təqdim etmişdir.

Qalibləri bir daha təbrik edir, növbəti oyunlarda uğurlar arzulayırıq.

Nəzərinizə çatdırmaq istərdik ki, Korporativ Sosial Məsuliyyətə hər zaman önəm verən cəmiyyətimiz, 2022-ci ildən etibarən “Zəfər Kuboku” adlı yeni KSM layihəsinə start verdiyini elan edir. Belə ki, bu kimi tədbirlər ənənəvi xarakter daşıyacaq və daha da genişləndiriləcəkdir.