Qonaqlarımız şəkildə də gördüyünüz kimi son günlər çoxlarımızın tanıdığı və fəxr etdiyi İtaliyada #şahmat üzrə #gənclər arasında keçirilən #dünya çempionatının qalibləri Gövhər Beydullayeva və Abdulla Qədimbəyli olmuşdur.
 
Şirkət rəhbərliyi ilə olan görüşdə qaliblərimiz #uğur qazandıqları yolda olan uğur tarixlərini və gələcək üçün olan planlarını bölüşdülər.
 
Şirkətimiz də öz növbəsində qaliblərimizə ölkəmizə gətirdiyi uğurlara görə öz təşəkkürlərini bildirdi, hər zaman qaliblərimizin, ölkəmizin adını yüksəldən gənclərin yanında olduğunu, onlara dəstək göstərməyə hazır olduğunu xüsusi olaraq qeyd etdi.
 
Əziz gənclər, biz sizinlə #fəxr edirik!