Əməkdaşımız Abasəli Həsənov 15.11.1996-cı il tarixində Azərbaycan Respublikasının, İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Orta təhsilini 2003-2015-cü illərdə İmişli rayonu Namiq Abışov adına tam orta məktəbdə almışdır. 2015-2020-ci illərdə isə “Bakı Mühəndislik Universitetin”də “Sənaye Mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır.

Abasəli Həsənov öz karyerasına 3 fevral 2020-ci il tarixində şirkətimizin “Tikinti Departamenti”də “Planlaşdırma üzrə mühəndis” vəzifəsi ilə başlamışdır.

O, 21 sentyabr 2021-ci il tarixində ABŞ-ın “Long Island” Universitetinin “Məlumat analitikası və Strateji biznes kəşfiyyatı” ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.

“Unico” QSC gənc və istedadlı əməkdaşımıza dəstək olmaq məqsədi ilə Abasəli Həsənovu ABŞ-da təhsil aldığı müddətdə aylıq müavinət ilə təmin etmişdir və bu dəstək təhsilinin sonuna kimi davam edəcəkdir.

Abasəli bəyə təhsil və gələcək karyerasında uğurlar arzu edirik!