2 gün müddətində ASSA ABLOY Group şirkətinin aparıcı brendlərindən olan Finlandiyanın “Abloy” brendinin məhsulları üzrə texniki təlim

25 May 2022-ci il tarixindən etibarən 2 gün müddətində ASSA ABLOY Group şirkətinin aparıcı brendlərindən olan Finlandiyanın “Abloy” brendinin məhsulları üzrə texniki təlim təşkil olunur. Təlim Abloy şirkətinin Regional Direktoru Tanel Värk və Layiə Meneceri / Təlimçi Pavel Pilman tərəfindən keçirilir.

Cəmiyyətimizin baş ofisində keçirilən bu təlim həmkarlarımız və partnyotlarımız üçün nəzərdə tutulub.

Təlimin mövzusu “Abloy” brendinin yeni məhsulları – mexaniki şkaflar, qapı bağlayıcılar, çaxnaşma və təxliyə sistemləri, silindrlər, sənaye asma kilidlər haqqında və brendin başqa yeniliklərində ibarətdir.

İştirakçılara uğurlar arzu edirik!