12 May 2022-ci il tarixində “Unico” QSC-nin İnsan Resursları və İnzibati Məsələlər üzrə Meneceri Kamil Hüseynov “Baki Mühəndislik Universiteti”ndə “Unico” QSC-nin “Gələcəyə Addım” adlı təcrübə proqramının təqdimatını keçirdi. Daha sonra tələbələrin şirkət və təcrübə proqramı haqqında sualları cavablandırıldı. Tələbələr “Unico” şirkətinə bu kimi təcrübə proqramları keçirərək onları daim düşündükləri üçün təşəkkür etdilər.