Tədbir qapı açma həlləri və rəqəmsal giriş texnologiyaları üzrə inşaatda innovasiyalara həsr olunub. Bu xüsusi gün, İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kristian Kamill, Azərbaycan Respublikasının nazirliklərinin və digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, aparıcı holdinqlərin direktorları, inşaat, dizayn, memarlıq və telekommunikasiya sahələri üzrə idarəedici şəxslər kimi fəxri qonaqları bir araya toplayıb. Tədbirin təşkil olunmasında “ASSA ABLOY” şirkətinin regional nümayəndəliyi olan “UNICO” QSC tərəfindən xüsusi dəstək göstərilib.

“İnşaatda innovasiyalar” adlı xüsusi tədbirdə, “Aperio”, “Incedo”, “Pulse” elektro-mexaniki və qapı avtomatlaşdırma sistemləri kimi ən innovativ texnologiyalar və həllər təqdim edilib. Bundan əlavə tədbirdə çox çeşidli hücum üsulları istifadə edilərək məcburi giriş hücumuna qarşı müqavimət göstərən “LPS 1175” buraxılış “7 SR3”-ə uyğun olan qapıların, xüsusilə təhlükəsizlik dərəcəsinə malik qapıların təqdim olunmasına xüsusi diqqət yetirilib.

Qeyd edək ki, 15 illik fəaliyyəti dövründə əldə etdiyi yüksək idarəetmə və istehsalat keyfiyyətlərinə göstərdiyi səylərin nəticəsində Azərbaycanda bu sahədə ilk olaraq yerli şirkət kimi “UNI KO” QSC 2022-ci ildən etibarən qapı və girişə nəzarət sistemləri üzrə dünya lideri “ASSA ABLOY” tərəfindən regional nümayəndəlik statusuna layiq görülmüşdür. Sözügedən əməkdaşlıq çərçivəsində “UNI KO” QSC-nin istehsal törəmə şirkəti olan “UniPro” Azərbaycanda “ASSA ABLOY” ilə birlikdə yanğına davamlı və akustik qapıların istehsalını həyata keçirəcəkdir.

İstehsal ediləcək məhsullar haqqında ətraflı məlumat üçün növbəti paylaşımlarımızı izləyin…